Dini dözümsüzlük dəyərini zədələməməliyik

Osmanlı İmperiyasının süqutundan, həm birinci həm də ikinci dünya müharibəsindən sonra dünyanın siyasi xəritəsində baş verən dəyişikliklər müsəlman xalqlarına da xətərsiz ötüşmədi. İslam dininin mənsublarının dinlərindən uzaqlaşdırılmaları həm Sovet İmperiyasının, həm də Qərbin bütün ciddi cəhdləri sayəsində onsuz da hərtərəfli məğlubiyyətə düçar olan müsəlman xalqlarını daha da acınacaqlı hala saldı. Bunun üçün onlar hər cür vasitələrdən istifadə edirdilər. Kütləvi repressiyalar, müxtəlif təzyiqlər və.s vasitələrlə İslam elm adamlarının məhvi dolayısı ilə İslamın məhvinə çalışılırdı. Bütün bu kimi neqativ halların qarşısının alınması üçün bir sıra müsəlman ölkələrində bəzi addımlar atılmaqla, kortəbii də olsa təşkilatlanma prosesləri həyata keçirilirdi.

Osmanlı İmperiyasının süqutundan, həm birinci həm də ikinci dünya müharibəsindən sonra dünyanın siyasi xəritəsində baş verən dəyişikliklər müsəlman xalqlarına da xətərsiz ötüşmədi. İslam dininin mənsublarının dinlərindən uzaqlaşdırılmaları həm Sovet İmperiyasının, həm də Qərbin bütün ciddi cəhdləri sayəsində onsuz da hərtərəfli məğlubiyyətə düçar olan müsəlman xalqlarını daha da acınacaqlı hala saldı. Bunun üçün onlar hər cür vasitələrdən istifadə edirdilər. Kütləvi repressiyalar, müxtəlif təzyiqlər və.s vasitələrlə İslam elm adamlarının məhvi dolayısı ilə İslamın məhvinə çalışılırdı. Bütün bu kimi neqativ halların qarşısının alınması üçün bir sıra müsəlman ölkələrində bəzi addımlar atılmaqla, kortəbii də olsa təşkilatlanma prosesləri həyata keçirilirdi.

İlahiyyatçı Hacı Ceyhun Şükürov deyib ki, birinci dünya müharibəsində Şimali Afrikanın İtaliya və Fransa tərəfindən işğalı , Osmanlının süqutu, ikinci dünya müharibəsindən sonra İsrail dövlətinin yaradllması Fələstinin sıxışdırılması və bir sıra müsəlman ölkələrinin mahrəmiyyətinə edilən zərbələr müsəlman gənclər arasında bir növ İslami hərəkatlarının artmasına gətirib çıxardı. Bununla yanaşı müsəlman xalqlar arasında İslamın yenidən canlandırılması üçün təbliğat və təşviqat işləri aparılmağa başlandı: "Bunun nəticəsidir ki, bir çox İslami təşkilatlar meydana çıxdı və onlar müsəlmanların yüksək rəğbətini qazanmağa başladı .Misirdə "İxvanil-Müslimin" , Livanda "Hizbullah" bu təşkilatların böyüklərindən idi. İnsanların maarifləndirilməsi, irşadı üçün qurulan bir çox təşkilatlar, sonradan əsas məqsədi unudaraq müsəlman ölkələrində hakimiyyəti ələ keçirmək, ölkədə şəriət qanunları ilə idarə olunan bir hökumət iddialarını irəli sürməyə başladılar. Əsasən 90-cı illərin əvvəllərindən başlayaraq bu kimi ideyalar və fikirlər artıq Körfəz ölkələrində geniş vüsət almağa başlamışdı. Dini siyasiləşdirib onu siyasi arenaya soxmaq, dindən siyasi məqsədlər üçün istifadə etmək artıq bir tendensiya halını alırdı. Bu həm İxvanil müslimin dəsti xətti, həm də yeni-yeni ortaya çıxan hizbilərin (ərəb dilində hizb - bölmə, hissə, şöbə, partiya, qurum deməkdir. Müasir ərəb dilində konkret olaraq bizim dilimizdəki partiya mənasını verir) metodu idi. Artıq Sovetin dağılması ilə postsovet məkanında, ələlxüsus coğrafi müsəlman olan əhalinin irşad və təbliği üçün əksər müsəlman ölkələrindən bu ərazilərə dini bağları möhkəmləndirmək, həm də dini yaymaq üçün təbliğatçılar, dəvətçilər ayaq açmağa başladılar. Təbii ki, bunların içərisində saf niyyətli, dindən yoxsul olan, dini bilgiləri olmayan, uzun müddət kommunist rejimi tərəfindən öz milli və dini adət-ənənəsindən uzaq qalan xalqı irşad etmək istəyənlə yanaşı, başqa "məqsədlər" üçün də gələnlər var idi. Bu dövrdə Körfəz ölkələrində artıq hizbi hərəkatı öz işini görməyə başlamış, bir çox nüfuzlu və imkanlı ərəbləri öz əhatə dairələrinə sala bilmişdilər. Gündən-günə bunların əhatə dairəsi genişlənməyə başlayır". İlahiyyatçı deyir ki, tədricən bunlar özlərini sələfi kimi qələmə verərək insanların rəğbətini qazanaraq öz məkirli və hiyləgər planlarını həyata keçirməyə çalışırlar: "Hizbiçilərin kökləri keçmiş xəvaric etiqadında olanlarla eynidir. Hər iki firqə hakimiyyəti qeyri-şəri sayaraq onlara qarşı çıxmaq, hakimiyyəti devirmək və. s kimi sələfin mənhəcinə xas olmayan bir davranış və etiqadı mənimsəməkdədirlər. Xəvariclər əvvəllər öz fikirlərini açıq aydın bəyan edərək istədiklərini kafir, istədiklərini fasiq, istədiklərini zalım elan edirdilər. Bu hizbi anlayışına sahib olanlar isə hilyəgərcəsinə öz etiqad və mənhəclərini gizlədərək sanki bunlar saf və xalis sələfi etiqadına sahib şəxslərdir. Bütün İslam cəmiyyətlərində insanların sünnəyə qayıdışı yenidən sünnənin insanlar araında kütləvi şəkildə öyrənilməsi dini əhkamları Quran və Hədis işığında öyrənən gəncliyin içərisinə sinsicə daxil olaraq onlar saf yoldan azdırmağa başladılar. Onların təhlükəli olması başda İxvanil müslimin olmaqla sirayət elədikləri hər yerdə müsəlmanlara zərərdən başqa heç nə vəd etmədi. Bu hizbilər o ölkələrə xaos, qətliamdan başqa bir şey verməyiblər. Ərəb baharı bunlara nə verdi, əllərinə nə keçdi? Hər zaman onlar müsəlman ölkələrinə islah əvəzinə yalnız və yalnız fəsad, qətliam, xaosdan başqa bir şey gətirmədilər. Misir, İraq, Liviya, Tunis, Suriya, bütün bu baş verənlər dünyanın gözü qarşısındadır". Hacı Ceyhun Şükürov deyib ki, son zamanlar bu hərakatın davamçılarının ardıcılları artıq Azərbaycanda da artmaqdadır: "Daha əvvəldən də özlərini sələfi kimi qələmə verən bu zümrə əslində sələfilərin mənhəcindən tamamilə uzaq, təkfirçi zehniyyətə sahib olan bu zümrə özlərini sünnə davamçısı, dinin bir növ sanki qoruyucuları kimi qələmə verməklə dini maarifsizlikdən uzaq qalanları asanlıqla öz tərəflərinə çəkə bilirlər. Hizbiçilər nə qədər özlərini "maskirovka" ilə gizlətsələr də, hər şeyi bəyan edən Allah onların məkrlərinin üstünü açıb ifşa edir. Azərbaycanda özlərini guya xəvariclərdən ayrı sayan bu zümrə hər bir fürsətdə onlara dəstək olur, onları qoruyub digər yad təyziqlərdənn müdafiə edirlər. Bu onların arasındakı iman bağlarının bir olduğunun bariz nümunəsidir. Bu hizbiçilik elə bir bəladır ki, ancaq özünü düzgün sayıb, başqalarını özlərindən kənarda sayıb, onları hər bir vəchlə məzəmmət edirlər. Bu halın sıravi dindarlara sirayət etməsi yolverilməzdir. İnsanları dinlərindən soyutmaq, onlara dində olmayan və ya yalnış öyrənilən dini qaydalar və yaxud şüarlar vasitəsilə insanlara yanlış olanı öyrətmək, dini itaətsizlik aşılamaq bu hizbiçilərin ulu babaları olan xəvariclərdən gəlmə bir xüsusiyyətdir. Hər iki firqəni araşdıranda onların bir-birinə sarmaşıq kimi bağlı olmaları, eyni məqsədə xidmət etmələri hər hallarından bəllidir. Hər bir vəchlə mövcud iqtidara qarşı müxtəlif növ mübarizə üsullarına əl atan bu firqə bacardıqca ictimaiyyətə özlərini doğru-dürüst birisi kimi qələmə verirlər. Sanki məkirli planları həyata keçirən, insanların dini maarifsizliyindən sui istifadə edən bunlar deyillər. Mümkün olduqca bunların ideyalarının cəmiyyətdə yayılmasının qarşısı alınmalıdır. Cəmiyyətimizdə məzhəblər arasında dini dözümsüzlük dəyərləri kifayət qədər olsa da, hər bir fürsətdə bu dəyərlərin zədələnməsini, məzhəb təəssübkeşliyinin dərinləşməsini, dini ixtilafların çoxalmasını bunlar cani-dildən istəyirlər. Bunların qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirilməli, maarifləndirici yazılar yazılmalıdır. Həm məscidlərdə, həm də digər yerlərdə bunların zərərini, xətalarını bəyan etmək və dindarları bu bataqlığa düşmələrinin qarşısı almaq lazımdır".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31