Cəza cinayətə görə qisasdır
Müasir Cinayət –Prosesual və cinayət hüququnun implementasiyası zamanı cəzanın labüdlüyünə aid nəzəri və praktik məsələlər həmişə aktual mübahisə yaratmışdır. Bəzən, məsələyə təkcə hüquqi deyil, fəlsəfi və tarixi əsaslarla yanaşma tələb edir. Belə situasiyalarda klassik hüquqşunas və filosofların nəzəri mülahizələrinə zəngin təcrübəyə müraciət etməyə ehtiyac yaranır.
6 Sentyabr 2017 13:12 SosialMüasir Cinayət -Prosesual və cinayət hüququnun implementasiyası zamanı cəzanın labüdlüyünə aid nəzəri və praktik məsələlər həmişə aktual mübahisə yaratmışdır. Bəzən, məsələyə təkcə hüquqi deyil, fəlsəfi və tarixi əsaslarla yanaşma tələb edir. Belə situasiyalarda klassik hüquqşunas və filosofların nəzəri mülahizələrinə zəngin təcrübəyə müraciət etməyə ehtiyac yaranır. Törədilən cinayətə, cəmiyyətə və dövlətə zidd münasibətlərə görə cəzanın tətbiqi məsələsi ədalətin bərpasına yönələn addım kimi qəbul olunur. Cəza nəzəriyyəsi cinayət hüquqi və fəlsəfi məna kəsb edir. Cəza mütləq mənada imperativ xarakter daşımalı, utilitar təfəkkürlərdən uzaq olmalıdır. Alman filosofu İ.Kant hesab edirdi ki, əffin hamılıqla tanınmış humanizm hisslərinə aid olmasına baxmayaraq, onun tətbiqinə böyük ehtiyatla yanaşmaq lazımdır. Zərərçəkmişin hüquq və maraqları diqqətdə saxlanılmalı,bu məsələdə ədalət unudulmamalıdır. Mütəfəkkir daha sonra yazır: cinayətkarın (yus aggratiandi) cəzadan azad olması və yaxud cəzasının yüngülləşdirilməsi süveren hüquqların ən incə tərəfidir. Cəzanı tətbiq etməklə qanunun aililiyinin bərq vurması,şəxsin islah olunması,təkrar cinayətlərin qarşısının alınması və sosial ədalətin bərpası nə dərəcədə diqqət çəkirsə ,hardasa ədalətsizliyə də imkan verilir.Kant müəyyən mənada əffin əleyhinə idi. Cinayət törədən şəxsin əff yolu ilə cəzadan azad olunmasını heç cürə qəbul edə bilmirdi. Törədilən cinayərlərə görə "düşmən"kimi qarşı - qarşıya duran vətəndaşlara münasibətdə əffi tətbiq etmək olmaz . Zərərçəkənlərdə qisas instinkti heç vaxt sönmür. Belə hallar (impunitas criminis) zərərçəkmiş- vətəndaşlara böyük haqsızlıq təəssüratını yaradır.Kanta görə yalnız hökmdarın əff etmək hüququ var. Filosof məntiqin formal prinsiplərinə istinad edərək qeyd edirdi ki, bu hüquqdan hökmdar yalnız ona (hökmdara) zərər yetirilmişsə istifadə edə bilər. Lakin bu da, "cinayətini unutmaqla" cəzadan azad etmə halları gələcəkdə xalqın təhlükəsizliyinə ziyan gətirməzsə tətbiq edilə bilər. Rusiyanın İmperatoru II Aleksandr xalqçıları əff etməkdən imtina etmişdi:-"mən onları bir insan kimi bağışlaya bilərdim, amma Çar kimi hüququm yoxdur, bacarmaram "-demişdi.
"Polisə Dəstək" İctimai Birliyinin rəgbəri Şəmsəddin Əliyev bildirib ki, cəza nəzəriyyəsini inkişaf etdirməklə həmişə bir suala cavab axtarılmışrdır: Ədaləti qorumaq, onu bərpa etmək və yaxud, hakimlərlə ticari əlaqələrin olmasına ehtiyac varmı? Çox təəssüf ki, cavablar birmənalı olmamışdır. Kanta görə hakim yeganə hüquqşünas personadır ki, dövlətin adından qərarını ayaq üstə elan edir. Hakim ələ alınarsa deməli, dövlətin, məhkəmə hakimiyyətinin sütunu düzgün qurulmayıb. Necə deyərlər, demontaj olunmalıdır: "Kanta görə qətl cinayətin elə bir növüdür ki, belə cinayətlərə görə yalnız ölüm cəzası tətbiq edilməlidir. Cəzanın tətbiqi məsələsinin müzakirəsi zamanı filosof öz opponentlərinə qarşı, ifadə tərzlərindən və epitetlərdən kənara çıxmağa çəkinməmişdi. Həmkarı Ç.Bekkariyə həssas bir məsələyə hədsiz dərəcədə qəliz və ibarəli tərzdə humanist yanaşaraq ölüm cəzasının tətbiqini qeyri hüquqi cəza növü adlandırırdı. Cəmiyyətin inkişafına təsir edəcək, cinayət törətməyə meyilli şəxslərə və ətrafına vahimə yaradacaq ölüm hökmünün tətbiqi reallaşmazsa bir vətəndaş digər vətəndaşı qətlə yetirərkən sonuncu yaşamaq hüququnun itirilməsinə dair bir növ razılaşır. Subyektin cəzaya məruz qalması onun istəyi ilə həyata keçmir. Cəza, törədilən ictimai təhlükəli əməlin dərəcəsinə görə tətbiq edilir. Bu mənada, həmin əməli törətmək istəyən öncədən cəzanın da labüdlüyünü görməlidir. Zənnimcə ölüm cəzası sosial ədalət və hüquqi nöqteyi nəzərdən bir necə halda, xüsusilə ağır cinayət növlərinə görə tətbiq edilməlidir. Xüsusi amansızlığı ilə seçilən qəsdən adam öldürməyə, konstitusion quruluşun əleyhinə və insanların həyat və sağlamlıqlarına qarşı yönələn xüsusilə ağır cinayətlərə görə ekvivalentdir. Bu cinayət növləri mütləq cinayətlər ölduğuna görə, müstəsna cəza,ölüm cəzasının tətbiqi də mütləqdir. Əks təqdirdə, yüksək dəyərə malik insan həyatı əzəmətini itirəcək. Həyatın unikallığı,bərabəri, heçə enəcək. Bərabərlik hüququ hüququn prinsipi kimi əhəmiyyətsiz olacaq". Onun sözlərinə görə, müəyyən növ cinayətlərə görə ölüm cəzasının tətbiqi preventiv tədbir kimi aktual və zəruridir. Müasir anlamda terrorizmin, insan alverinin və QİÇ-ə yoluxdurma hallarına görə yüksək cəzanın tətbiqi artıq gündəmdədir. Qeyd olunanlara əsasən belə qənaətə gəlmək olar ki, ölüm hökmü bəşəriyyətin və beynəlxalq aləmdə sülhün təhlükəsizliyinə yönələn cinayətlərə görə leqallaşmazsa, vətəndaşların yaşamaq hüququna qanunsuz xitam verilməsi halları "qanuniləşəcək", "bərabərlik" vecsiz bir əşyaya cevirəcək. Ölüm cəzası qanuniləşməsə adam öldürmə cinayətləri adi hala çeviriləcək, qisas almaq hissinin eskalasiyası güclənəcək, sosial ədalətin bərpası cəzanın ilk məqsədi kimi yazıq, aciz və sahibsiz qiyafədə qalacaq". Ekspert qeyd edib ki, bəzi müəlliflər, qatilin həyatdan qanuni qüvvəyə minmiş məhkəmə hökmü əsasında məhrum olmasını qeyri humanist addım kimi qəbul edir, insan həyatının dəyərlərinin aşağı düşməsinə görə narahatlıqlarını birüzə verirlər. Lakin, qatilin əməlinin qurbanına çevrilmiş, yaşamaqdan məhrum olunan şəxsin həyatını unudurlar: "Qisas almaq hüququ belə reallaşır. Qeyd olunan qeyri insani yanaşma "avropa hüquq məktəbinin banilərinin dayaz təfəkkürlərinin məhsuludur. Vəziyyət o dərəcədə nəzarətdən çıxıb və qəlizləşib ki, zərərçəkmiş şəxslərin, qurbanların cinayətdən sonrakı durumu tam unudulub. Penitensiar xidmət müəssisələrində ağır cinayətlərə görə məhkum olunmuşların gündəlik həyatına hüquq müdafiəçiləri, ombudsman, beynəlxalq müşahidəçilər, hətta millət vəkilləri tərəfindən nəzarət və qayğı var. Amma, həmin cinayətkar şəxslərin əməllərindən uzun zaman əziyyət çəkənlər diqqətdən kənarda qalır. Bu, sosial ədalətsizlikdir, məntiqdən uzaq kəşfidir. Bu məktəbin baniləri nikahda cütlüklərin cinsini hələ də, ayıra bilmirlər. Belələrindən nə gözləmək olar? "Onlar hələ də, Konfutsini, Nehrunu,Tusini oxumamış, Bəhmənyardan, ən nəhayət hamıya görk olacaq İslam hüquq nəzəriyyəsindən xəbərləri yoxdur. Cəzanın hümanistləşməsini hüququn mahiyyətindən və onun prinsipal tələblərindən kənar təsəvvür etmək də cətindir. Hüququn ümumi və sahəvi prinsiplərinin təcrubədə təsdiqi həm cinayətkara, həm də cinayətin qurbanlarına münasibətdə hümanizmin təzahürüdür".
Alim