Sosial
“İslamda tolerantlıq və vəhdət” mövzusunda maarifləndirici tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ağsu şəhər “Nuran Xatun” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi və millli-mənəvi dəyərlərimizin təbliği“ layihəsi çərçivəsində “İslamda tolerantlıq və vəhdət” mövzusunda maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, çıxışlarda tolerantlıq və vəhdətin Azərbaycan xalqının əsrlərboyu formalaşan və çoxları üçün örnək olan xarakterik xüsusiyyəti olması diqqətə çatdırılıb. Qeyd olunub ki, tolerantlıq xalqımızın tarixən formalaşmış milli-mənəvi dəyərlər sisteminin vacib elementlərindən biridir və məhz 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi zamanın çağırışlarına cavab verən mühüm addımdır.
Bakıda ölüm səviyyəsi azalır
2017-ci ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 14 713 doğulmuş körpə qeydə alınıb. Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, bu göstərici əhalinin hər min nəfərinə hesabı ilə 13,2 təşkil edib.
Vəkil: "Lapşinin təhvil verilməsi ilə bağlı İsraildən sorğu gözləyirik"
Azərbaycanda həbsdə olan bloqger Aleksandr Lapşinin İsrailə təhvil verilməsi istiqamətində işlər davam etdirilir. Bu barədə A. Lapşinin vəkili Eduard Çernin məlumat verib. Vəkil bildirib ki, A. Lapşinin təhvil verilməsi ilə bağlı İsrail hökumətindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə sorğu göndərilməlidir: “Sorğu təxminən 5-6 gün ərzində gəlməlidir. Ondan sonra məhkəməyə müraciət edəcəyik”.
Gömrükdən narkotik keçirmək cəhdi baş tutmadı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları sintetik narkotik vasitənin ölkə ərazisinə gömrük nəzarətindən gizli yolla gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Tehran-Bakı aviareysilə gələn İran vətəndaşı nəzarətə götürülüb.
“Çağrı mərkəzləri”nə edilən müraciətlərin sayı azalıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Çağrı mərkəzləri”nə edilən müraciətlərin 95,7 faizi sorğu xarakterli olub. Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, cari ilin avqust ayında ƏƏSMN-nin 142 və 190 - “Çağrı mərkəzləri”nə vətəndaşlar tərəfindən 11 890 müraciət daxil olub.
Evinə qonaq gələn qayınanasının yatağına girdi və... - BİABIRÇILIQ
"WhatsApp" pullu oldu - DİQQƏT!
Müxəmməs janrına dair yeni nəşr
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Nailə Mustafayevanın “XVIII-XIX əsrlər Azərbaycan ədəbiyyatında müxəmməs janrı” adlı kitabı “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. "Olaylar" bildirr ki, kitabda XVIII-XIX əsrlər Azərbaycan poeziyasında müxəmməs janrında yazılmış əsərlər əsasında ədəbiyyatımızın həmin dövrlərlərdəki inkişaf xüsusiyyətləri araşdırılıb. Müəllif əlyazma mənbələrini tədqiq etməklə bir sıra qeyri-mətbu müxəmməsləri də aşkara çıxarıb.
AMEA ilə Kanadanın Ontario əyalətinin Tədqiqat, İnnovasiya və Elm Nazirliyi arasında əməkdaşlıq
AMEA Rəyasət Heyətində Kanadanın Ontario əyalətinin tədqiqat, innovasiya və elm naziri Reza Moridinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirildi. "Olaylar" bildirir ki, Öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə rəhbərlik etdiyi elm ocağının yaranma tarixi və fəaliyyəti haqqında qonaqlara məlumat verdi. O, 72 illik tarixi olan akademiyada elmin prioritet istiqamətlərində araşdırmalar aparıldığını, çoxsaylı innovativ layihələrin həyata keçirildiyini diqqətə çatdırdı. Sonra çıxış edən Kanadanın Ontario əyalətinin tədqiqat, innovasiya və elm naziri R.Moridi təmsil etdiyi əyalət haqqında məlumat verdi. Onun sözlərinə görə, Kanadanın 10 əyalətindən biri olan Ontario ümumu daxili məhsulun həcminə görə ölkənin öndə gedən bölgələrindəndir. Bildirdi ki, bir çox qabaqcıl ali məktəblərin fəaliyyət göstərdiyi bu əyalətdə fundamental elmlərin inkişafına böyük vəsait ayrılır. Ontarioda 8 innovasiya mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən qonaq bura
Azərbaycanda 4 bal gücündə zəlzələ
Sentyabrın 6-da Qəbələ rayonu ərazisində zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Olaylar"-a bildirilib ki, Qəbələdən 24 kilometr şimal-qərbdə baş verən yeraltı təkanlar yerli vaxtla saat 05:45:12-də qeydə alınıb.





.jpg)








