AMEA ilə Kanadanın Ontario əyalətinin Tədqiqat, İnnovasiya və Elm Nazirliyi arasında əməkdaşlıq 

AMEA Rəyasət Heyətində Kanadanın Ontario əyalətinin tədqiqat, innovasiya və elm naziri Reza Moridinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirildi. "Olaylar" bildirir ki, Öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə rəhbərlik etdiyi elm ocağının yaranma tarixi və fəaliyyəti haqqında qonaqlara məlumat verdi. O, 72 illik tarixi olan akademiyada elmin prioritet istiqamətlərində araşdırmalar aparıldığını, çoxsaylı innovativ layihələrin həyata keçirildiyini diqqətə çatdırdı. Sonra çıxış edən Kanadanın Ontario əyalətinin tədqiqat, innovasiya və elm naziri R.Moridi təmsil etdiyi əyalət haqqında məlumat verdi. Onun sözlərinə görə, Kanadanın 10 əyalətindən biri olan Ontario ümumu daxili məhsulun həcminə görə ölkənin öndə gedən bölgələrindəndir. Bildirdi ki, bir çox qabaqcıl ali məktəblərin fəaliyyət göstərdiyi bu əyalətdə fundamental elmlərin inkişafına böyük vəsait ayrılır. Ontarioda 8 innovasiya mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən qonaq bura

AMEA Rəyasət Heyətində Kanadanın Ontario əyalətinin tədqiqat, innovasiya və elm naziri Reza Moridinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirildi. "Olaylar" bildirir ki, Öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə rəhbərlik etdiyi elm ocağının yaranma tarixi və fəaliyyəti haqqında qonaqlara məlumat verdi. O, 72 illik tarixi olan akademiyada elmin prioritet istiqamətlərində araşdırmalar aparıldığını, çoxsaylı innovativ layihələrin həyata keçirildiyini diqqətə çatdırdı.

Sonra çıxış edən Kanadanın Ontario əyalətinin tədqiqat, innovasiya və elm naziri R.Moridi təmsil etdiyi əyalət haqqında məlumat verdi. Onun sözlərinə görə, Kanadanın 10 əyalətindən biri olan Ontario ümumu daxili məhsulun həcminə görə ölkənin öndə gedən bölgələrindəndir. Bildirdi ki, bir çox qabaqcıl ali məktəblərin fəaliyyət göstərdiyi bu əyalətdə fundamental elmlərin inkişafına böyük vəsait ayrılır.

Ontarioda 8 innovasiya mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən qonaq burada həm böyük, həm də kiçik innovasiya parklarının yaradıldığını bildirdi. O, əyalətdə informasiya texnologiyaları da daxil olmaqla, tibb, iqtisadiyyat, təbiət elmləri kimi sahələrdə araşdırmalarla məşğul olan tədqiqat institutlarının və böyük yeraltı laboratoriyanın mövcud olduğunu diqqətə çatdırdı.

Sonda akademiya ilə əməkdaşlığın qurulmasında maraqlı olduqlarının bildirən R.Moridin AMEA alimlərini innovasiya parkları və elmi müəssisələrlə tanış olmaq məqsədilə Ontarioya dəvət etdi.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31