BMT: HİV-lə mübarizə proqramı maliyyə çatışmazlığı səbəbindən təhlükə altındadır- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ və Avropa ölkələrinin maliyyə yardımını azaltması HİV/AİDS-lə mübarizə proqramlarının həyata keçirilməsini çətinləşdirir. Bu vəziyyət 2030-cu ilə qədər xəstəliyin ictimai səhiyyə üçün təhlükə kimi aradan qaldırılması hədəfini risk altına qoyur.
UNAIDS-in icraçı direktoru Vinni Byanyima "Financial Times" qəzetinə açıqlamasında bildirib ki, 2025-ci ildə HİV-lə mübarizəyə ayrılan qlobal maliyyələşmə 18 faiz azalıb. Onun sözlərinə görə, bu, xüsusilə uşaqlar və digər həssas qruplar arasında yeni yoluxmaların qarşısının alınmasına yönəlmiş proqramlara ciddi təsir göstərib.
Byanyima qeyd edib ki, qlobal QİÇS-lə mübarizə epidemiyanın başlanmasından bəri ən ciddi geriləmələrdən biri ilə üzləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00