Azərbaycanla Özbəkistan arasında strateji əməkdaşlıq inkişaf mərhələsini yaşayır- ÖZƏL
11:39 Siyasət"Azərbaycanla Özbəkistan arasında strateji əməkdaşlıq inkişaf mərhələsini yaşayır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Jalə Əliyeva deyib: "Məlum olduğu kimi 25 noyabr 2026-cı il tarixində Bakıda, Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçirilib. Forumun mövzusu "Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər" olub. Bakıda keçirilən Form şübhəsiz ki, iki ölkə arasındakı inkaşafa öz töhfəsini verəcək. Azərbaycan parlamenti də öz növbəsində iki ölkə arasında inkişafa dəstək verir. Bununla dövlət başçısının strateji xarici siyasətinin icrasına töhfə verir. Forumun yekunlarına dair Bakı Bəyannaməsi qəbul edilib, həmçinin, Milli Məclis ilə Özbəkistan Ali Məclisinin Senatı arasında 2027-2028-ci illər üzrə parlamentlərarası əməkdaşlığın inkişafına dair praktiki tədbirlər planı ("Yol xəritəsi") imzalanıb. Bu fakt bir daha Milli Məclisin iki ölkə arasında əlaqələrin inkişafına dəstəyini göstərir".