Yaponiya kiberhücumlara qarşı xüsusi işçi qrupu yaradıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, Yaponiya hökuməti ölkədə artan kiberhücumların qarşısını almaq məqsədilə Milli Kibertəhlükəsizlik Agentliyinin nəzdində xüsusi işçi qrupu yaradıb.

Yaponiya ictimai televiziyasının məlumatına görə, onlarla mütəxəssisdən ibarət qrup yerli müəssisələrin sistemlərini təhlil edəcək, mümkün hücumları əvvəlcədən müəyyənləşdirəcək və şirkətlərə müdafiə tədbirləri ilə bağlı konkret tövsiyələr verəcək.

Bu addım Yaponiya şirkət və qurumlarına qarşı kiberhücumların, eləcə də şəxsi məlumatların sızması hallarının artması fonunda atılıb. Baş nazir Sanae Takaiçi oktyabrın 26-da keçirilən xüsusi iclasda kibertəhdidlərin zərərsizləşdirilməsi üçün təcili tədbirlərin görülməsini tapşırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00