Ermənistanın Konstitusiyasının dəyişdirilməsi bizim istəyimiz deyil, obyektiv şərtdir-Deputat

"Bütövlükdə Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunması möhkəm hüquqi əsaslara söykənməlidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Nizami Səfərov bildirib. Deputat qeyd edib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması Prezident İlham Əliyevin irəli sürdüyü sülh gündəliyinin uğurla həyata keçirilməsinin nəticəsidir. Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanması və qüvvəyə minməsi üçün Ermənistanın hüquqi müstəvidə zəruri addımlar atması vacibdir.

Nizami Səfərov vurğulayıb ki, Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinadın aradan qaldırılması sülh müqaviləsinin yekun imzalanması üçün qalan əsas hüquqi şərtdir: "Cənab Prezidentin vurğuladığı kimi, Ermənistanın Konstitusiyasının dəyişdirilməsi bizim istəyimiz deyil, bu, sadəcə, obyektiv şərtdir".

Deputat 8 avqust 2025-ci ildə Vaşinqtonda sülh sazişinin paraflanmasını regionda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib. O bildirib ki, Ermənistan daxilində konstitusiya layihəsi ətrafında gedən siyasi müzakirələrdən asılı olmayaraq, regionda formalaşmış yeni reallıqlar düzgün qiymətləndirilməlidir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00