Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu yüksək səviyyəli bir tədbir idi- ÖZƏL

"Hesab edirəm ki, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu həm məzmun, həm də forma baxımından yüksək səviyyəli bir tədbir idi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib: "Forum başa çatdıqdan sonra Azərbaycan və Özbəkistan parlamentləri sədrlərinin iştirakı ilə Parlamentlərarası əməkdaşlıq komissiyasının birinci iclası keçirildi. Həm parlament sədrlərinin, həm də deputatların çıxışlarında parlamentlərarası əlaqələrin vəziyyəti və inkişaf perspektivləri barədə fikirlər səsləndi. Qeyd olundu ki, Forumun nəticələri ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir. İclasda komissiyanın məqsəd və vəzifələri, parlamentlərin profil komitələri arasında birbaşa əlaqələrin genişləndirilməsi imkanları və digər məsələlər müzakirə olundu. 
Əminliklə söyləmək olar ki, Bakı Forumunun yekunları parlamentlərarası əməkdaşlığın daha sistemli xarakter almasını təmin edəcək, Azərbaycanla Özbəkistanın qardaşlıq və müttəfiqlik münasibətlərinin inkişafına  töhfə verəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00