“İslamda tolerantlıq və vəhdət” mövzusunda maarifləndirici tədbir keçirilib  

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ağsu şəhər “Nuran Xatun” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi və millli-mənəvi dəyərlərimizin təbliği“ layihəsi çərçivəsində “İslamda tolerantlıq və vəhdət” mövzusunda maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, çıxışlarda tolerantlıq və vəhdətin Azərbaycan xalqının əsrlərboyu formalaşan və çoxları üçün örnək olan xarakterik xüsusiyyəti olması diqqətə çatdırılıb. Qeyd olunub ki, tolerantlıq xalqımızın tarixən formalaşmış milli-mənəvi dəyərlər sisteminin vacib elementlərindən biridir və məhz 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi zamanın çağırışlarına cavab verən mühüm addımdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ağsu şəhər "Nuran Xatun" məscidi dini icması tərəfindən "İslam həmrəyliyi və millli-mənəvi dəyərlərimizin təbliği" layihəsi çərçivəsində "İslamda tolerantlıq və vəhdət" mövzusunda maarifləndirici tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, çıxışlarda tolerantlıq və vəhdətin Azərbaycan xalqının əsrlərboyu formalaşan və çoxları üçün örnək olan xarakterik xüsusiyyəti olması diqqətə çatdırılıb. Qeyd olunub ki, tolerantlıq xalqımızın tarixən formalaşmış milli-mənəvi dəyərlər sisteminin vacib elementlərindən biridir və məhz 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi zamanın çağırışlarına cavab verən mühüm addımdır.

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31