Azərbaycanda 4 bal gücündə zəlzələ
Sentyabrın 6-da Qəbələ rayonu ərazisində zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Olaylar"-a bildirilib ki, Qəbələdən 24 kilometr şimal-qərbdə baş verən yeraltı təkanlar yerli vaxtla saat 05:45:12-də qeydə alınıb.
6 Sentyabr 2017 09:23 SosialSentyabrın 6-da Qəbələ rayonu ərazisində zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Olaylar"-a bildirilib ki, Qəbələdən 24 kilometr şimal-qərbdə baş verən yeraltı təkanlar yerli vaxtla saat 05:45:12-də qeydə alınıb.
Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31