Havanın temperaturu 4-7 dərəcə enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Nazirlikdən bildirilib ki, bir neçə gün davam edən istihava şəraitindən sonra sentyabrın 7-si gündüzdən 8-i gündüzədək ölkə ərazisindəhava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Nazirlikdən bildirilib ki, bir neçə gün davam edən istihava şəraitindən sonra sentyabrın 7-si gündüzdən 8-i gündüzədək ölkə ərazisindəhava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. Abşeron yarımadasında gözlənilən qeyri-sabit hava, atmosfer təzyiqinin xeyli yüksəlməsi meteohəssas insanlar üçün əlverişsizdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31