Mədəniyyət

"Fiqaronun toyu" nümayiş olunub

30 Yanvar 2019 11:00

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində P.O.Bomarşenin əsəri əsasında hazırlanmış "Fiqaronun toyu" tamaşası nümayiş olunub. Tamaşada Teatr sənəti fakültəsi Musiqili teatr aktyoru ixtisası üzrə təhsil alan III kurs tələbələri çıxış edib. Olaylar.az bildirir ki, tamaşanın quruluşçu rejissoru Ruslan İsmayılov, musiqi və rəqslərin müəllifi 3-cü kurs musiqili teatr aktyoru Nəzrin İsmayılova, bitmeykeri Televiziya rejissorluğu ixtisasının tələbəsi Aleksandr Hacıyevskidir.

Rusiya musiqiçiləri Muğam Mərkəzində çıxış edəcəklər

30 Yanvar 2019 10:48

 Fevralın 3-də Beynəlxalq Muğam Mərkəzində Rusiyanın əməkdar müəllimi, P.İ.Çaykovski adına Moskva Konservatoriyasında Mərkəzi Musiqi Məktəbinin fortepiano şöbəsinin müdiri Mira Marçenkonun tələbələrindən ibarət möhtəşəm konsert keçiriləcək. 

“Gəncliyin səsi” festivalının açılış mərasimi keçiriləcək -  Muğam Mərkəzində

30 Yanvar 2019 10:33

 Fevralın 1-də saat Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “Gəncliyin səsi” festivalının açılış mərasimi keçiriləcək.

"YUĞ"un fevral ayına olan repertuarı

30 Yanvar 2019 10:28

Azərbaycan Dövlət “YUĞ” Teatrının yaradıcı kollektivi gələn ay tamaşaçılarının görüşünə maraqlı səhnə əsərləri ilə gələcək.

İmadəddin Nəsimiyə həsr olunmuş monoqrafiya çapa hazırlanıb

30 Yanvar 2019 10:26

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər təşkil olunur. Olaylar.az bildirir ki, “Şair və yazıçı tribunası” sosial layihəsi çərçivəsində filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoyun “Seyid Əli Seyid Məhəmməd oğlu İmad əd-Din Nəsimi Şirvani” monoqrafiyası çapa hazırlanıb.

İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalına yekun vuruldu

30 Yanvar 2019 10:21

İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalının sonuncu günündə Nizami Kino Mərkəzində “The Bra” filmi nümayiş olunub. Olaylar.az bildirir ki, rejissor və prodüseri Vait Helmer olan film Gürcüstan və Azərbaycanda lentə alınıb. Film Almaniyanın birinci kanalı ARD və Almaniya hökumətinin BKM Mədəniyyət Film Fondu tərəfindən sifariş edilib.

Xatirənin əməliyyatdan sonrakı ilk görüntüləri

30 Yanvar 2019 10:18

Müğənni Xatirə İslamın fevralın 17-si ad günü olacaq. Bir çox sənət dostu ifaçını ötən gündən təbrik etməyə başlayıb. Hətta Xatirə şəhər restoranlarından birində özü üçün təmtəraqlı ad günü edib.  Plastik əməliyyatla artıq çəkidən xilas olan Xatirə yeni görünüşü ilə ilk dəfə görüntülənib. Onun fotosu və videosu sosial şəbəkədə paylaşılıb. 

Məşhur müğənni anası ilə birgə fotolarını paylaşdı

30 Yanvar 2019 10:12

Məşhur müğənni Lətifə Soyuöz sosial şəbəkə hesabından anası ilə birgə fotolarını paylaşıb. Olaylar.az bildirir ki, müğənni bu fotolar vaistəsilə anasının doğum gününü təbrik edib. Fotolardan məlum olub ki, Lətifə Soyuözün anası polkovnik rütbəsinə malikdir. O uzun zaman gömrük sahəsində çalışıb.

Məhəmməd Əmin Rəsulzadənin 135 illiyi ilə bağlı sərgi təşkil edilib

29 Yanvar 2019 16:25

AMEA-nın Mərkəzi Elmi Kitabxanası Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan, görkəmli siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü ilə bağlı sərgi təşkil edib.

“Gəncliyə töhfə” festivalı çərçivəsində ilk konsert olacaq

29 Yanvar 2019 14:11

“Gəncliyə töhfə” festivalı çərçivəsində ilk konsert fevralın 1-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunacaq.