Tarix Muzeyinin Bakıətrafı qəsəbələrdə maarifləndirici layihəsi
29 Yanvar 2019 14:09 MədəniyyətMilli Azərbaycan Tarixi Muzeyi Bakıətrafı qəsəbələrdə ölkəmizin milli-mədəni sərvətlərin toplanması, qorunması və gələcək nəslə ötürülməsi mövzusunda maarifləndirici "Muzeyə eksponat hədiyyə et, özün haqqında xatirə saxla" adlı layihəyə start verib. Olaylar.az bildirir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" 2007-ci il 6 mart tarixli Sərəncamı bu layihəyə təkan vermişdir. Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsi və 108 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi A.Pənahovanın birgə təşkilatçılığı ilə layihənin ilk tədbiri "Hacıağa Abbasov" аdına Mədəniyyət Evində keçirilmişdir.Tədbirdə Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri E.Dadaşov, aparıcı elmi işçi, m.ü.f.d., dosent N.Yusifova və elmi işçi N.Əsədova iştirak ediblər. Görüşdə Azərbaycan kinoşünası, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi və əməkdar incəsənət xadimi A.Kazımzadə, Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" ordenli R.Əzimovla yanaşı Maştağa qəsəbəsinin ziyalıları, rəssamları, mədəniyyət və incəsənət nümayəndələri iştirak edib.E.Dadaşov tədbir iştirakçılarına Milli Azərbaycan Tarixi Muzeyi və onun zəngin fondlarında mühafizə olunan eksponatlar, vətəndaşların evlərində olan tarixi əşyanı Muzeyə təqdim edərək mədəni sərvətə çevrilməsi və bu nümunələrin gələcək nəsillərə tanıdılması istiqamətində Muzeyin rolu barəsində ətraflı məlumat verib. Tarix, Tarix-diyarşünaslıq və Xatirə muzeylərində toplanmış nümunələrin sənət əsərləri olmaqla yanaşı, həm də hər hansı bir mövzunun açılmasına, daha dərindən dərk olunmasına xidmət etdiyi iştirakçıların diqqətinə çatdırılıb.Tədbirdə iştirak edən Azərbaycan kinoşünası A.Kazımzadə də öz növbəsində Muzey tərəfindən keçirilən layihənin əhəmiyyətindən danışıb.