Muzeydə yeni layihə - “Şəhər incəsənəti. Azərbaycan”
29 Yanvar 2019 17:10 MədəniyyətYanvarın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində "Şəhər incəsənəti.Azərbaycan" layihəsinin təqdimat mərasimi keçirilib.
Olaylar.az bildirir ki, tədbir muzeyin xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin, Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə reallaşıb.
Muzeyin elmi işlər üzrə direktor müavini Nərgiz Əliyeva layihə ilə bağlı fikirlərini bildirib, onun əhəmiyyətini diqqətə çatdırıb.
Qeyd olunub ki, layihə Bakının şəhər incəsənətini və xalqımızın tarixini təbliğ etmək, incəsənətin inkişafını dəstəkləmək məqsədi daşıyır. Eyni zamanda, şəhər incəsənəti ideyasının və anlayışının gənclər arasında yayılması və genişləndirilməsi nəzərdə tutulur.
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov və digər çıxış edənlər də "Şəhər incəsənəti" ideyasının gənclər arasında təbliğinin vacibliyindən bəhs ediblər.