Mədəniyyət
“Ömrün səhifələri” kitabı təqdim edildi
Teatr Xadimlər İttifaqinda Azərbaycan teatr sənətinin istedadlı nümayəndəsi, görkəmli teatr rejissoru, tanınmış aktyor, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədova həsr olunmuş “Ömrün səhifələri” kitabının təqdimatı keçirilib. Kitab Mehdi Məmmədovun anadan olmasının 100 illiyinə həsr olunub.
Opera və Balet Teatrının səhnəsində ilin ilk premyerası
Xalça Muzeyində pilot layihə
Azərbaycan Xalça Muzeyinin növbəti beynəlxalq sərgi-layihəsi “Tarixə və ənənəyə toxunuş” ekspozisiyası görmə qabiliyyəti məhdud olan insanlar üçün nəzərdə tutulub. Olaylar.az bildirir ki, ölkənin muzey işi tarixində yeni səhifə olacaq bu sərgi Azərbaycanda bu sahədə ilk sosial layihədir.
Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi keçiriləcək
Prezident İlham Əliyev yanvarın 28-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycanlı xanım müğənni şpaqat açmaq istədi - VİDEO
“Şəhər incəsənəti. Azərbaycan” layihəsinin təqdim ediləcək
Yanvarın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “Şəhər incəsənəti. Azərbaycan” layihəsinin təqdimatı keçiriləcək.
Bakı və Şamaxıda Türk Təsəvvüf Musiqisi Konserti təşkil olunacaq
Yanvarın 28 29 tarixlərində Bakı Yunus Emre İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu birgə əməkdaşlığı ilə Bakı və Şamaxı şəhərlərində “Təsəvvüf Ənənəsi daxilində Seyid Yəhya Şirvani Bakuvi Paneli” və “Türk Təsəvvüf Musiqisi Konserti” proqramları həyata keçiriləcəkdir.
“Qodonun intizarında” tamaşası nümayiş olundu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səda” tədris teatrında teatr sənəti fakültəsinin tələbələrinin kurs işi olan “Qodonun intizarında” tamaşası nümayiş olunub.
Cakomo Puççininin “Boqema” operası nümayiş olunacaq
Ana dilimizdə səslənən ilk müziklın premyera vaxtı açıqlandı
Fevralın 21 və 22 tarixlərində Azərbaycan Dövlət Musiqili Teatrında Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin motivləri əsasında eyniadlı tamaşanın premyerası olacaq. Olaylar.az bildirir ki, beynəlxalq layihə kimi təqdim olunan iki hissəli bu şou-tamaşa ana dilimizdə səslənən ilk müzikldır. Quruluşçu rejissoru Xalq artisti, "Şöhrət" və "Şərəf” ordenli, Prezident təqaüdçüsü Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı-publisist İlqar Fəhmidir.
İspan milli rəqs teatrı şou-proqramı ilə Bakıda çıxış edəcək
“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş olunacaq
Fevralın 16-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında SSRİ Xalq artisti Arif Məlikovun üçpərdəli “Məhəbbət əfsanəsi” baleti nümayiş olunacaq. Səhnə əsərində Fərhadın partiyasını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.
“Eurovision-2019”un aparıcısı məşhur model olacaq
Azərbaycanda tarixən formalaşmış yüksək tolerantlıq mədəniyyəti cəmiyyətimiz üçün böyük dəyərdir
“Azərbaycanda tarixən formalaşmış yüksək tolerantlıq mədəniyyəti cəmiyyətimiz üçün böyük dəyərdir”. “OLAYLAR” yap.org.az-a istinadən xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Nizamı Cəfərov səsləndirib.





.jpg)


.jpg)



.jpg)

