“Ömrün səhifələri” kitabı təqdim edildi

Teatr Xadimlər İttifaqinda Azərbaycan teatr sənətinin istedadlı nümayəndəsi, görkəmli teatr rejissoru, tanınmış aktyor, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədova həsr olunmuş “Ömrün səhifələri” kitabının təqdimatı keçirilib. Kitab Mehdi Məmmədovun anadan olmasının 100 illiyinə həsr olunub.

Teatr Xadimlər İttifaqinda Azərbaycan teatr sənətinin istedadlı nümayəndəsi, görkəmli teatr rejissoru, tanınmış aktyor, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədova həsr olunmuş "Ömrün səhifələri" kitabının təqdimatı keçirilib. Kitab Mehdi Məmmədovun anadan olmasının 100 illiyinə həsr olunub.

Əvvəlcə tədbir iştirakçıları Teatr Xadimləri İttifaqinın foyesində görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgiyə baxıblar.

Tədbirin aparıcısı, Xalq artisti Hacı İsmayılov Mehdi Məmmədovun bənzərsiz sənət dünyasından söz açıb. Mehdi Məmmədovun tələbəsi olduğunu və ondan sənətin sirlərini öyrəndiyini söyləyən Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri, Xalq artisti, professor Azər Paşa Nemətov unudulmaz sənətkarla bağlı xatirələrini bölüşüb.

Azərbaycan, rus və ingilis dillərində hazırlanmış "Ömrün səhifələri" kitabının konkret sənədlər əsasında yazıldığını söyləyən Azər Paşa Nemətov deyib ki, kitabda sənətkarın həyat və yaradıcılığının ən vacib məqamları və fotolarda əbədiləşən anları öz əksini tapıb.

Kitabın müəllifi, Teatr Xadimləri İttifaqının məsul katibi Aida Qafarova, Xalq artistləri Ramiz Məlik, Rafiq Əzimov və başqaları çıxış edərək Mehdi Məmmədovun bənzərsiz sənət dünyasından söz açıblar.

Tədbirdə Mehdi Məmmədovun ömür yolunu əks etdirən videomaterial və quruluş verdiyi tamaşalardan və yaratdığı rollardan fraqmentlər nümayiş olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31