Bakı və Şamaxıda Türk Təsəvvüf Musiqisi Konserti təşkil olunacaq
Yanvarın 28 29 tarixlərində Bakı Yunus Emre İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu birgə əməkdaşlığı ilə Bakı və Şamaxı şəhərlərində “Təsəvvüf Ənənəsi daxilində Seyid Yəhya Şirvani Bakuvi Paneli” və “Türk Təsəvvüf Musiqisi Konserti” proqramları həyata keçiriləcəkdir.
28 Yanvar 2019 15:43 MədəniyyətYanvarın 28 29 tarixlərində Bakı Yunus Emre İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu birgə əməkdaşlığı ilə Bakı və Şamaxı şəhərlərində "Təsəvvüf Ənənəsi daxilində Seyid Yəhya Şirvani Bakuvi Paneli" və "Türk Təsəvvüf Musiqisi Konserti" proqramları həyata keçiriləcəkdir.
Olaylar.az bildirir ki, Türk təsəvvüf qavramının bəsləndiyi ən önəmli qaynaqlarından biri olan Əhməd Yasəvinin təsiri tarix boyunca bütün Türk coğrafiyasında özünü göstərmişdir. Azərbaycanda yetişmiş və sadəcə Qafqazda deyil; İran, İraq və Anadoluda da tanınmış olan Şex Seyid Yəhya Şirvaninin həyatı əsas götürülərək Türk təsəvvüf ənənəsi haqqında bir panel həyata keçirilməsi planlaşdırılmışdır. Paneldə Dr. Mustafa Tatçı, Ömer Tuğrul İnançer, Prof. Dr. Metin İzeti, Ümit Akdemir, i.f.d Aqil Şirinov, i. f.d. Əhməd Niyazov kimi təsəvvüf sahəsində ixtisaslaşmış və əsər sahibi olan elm xadimləri və mütəxəssislər çıxış edəcəklər.
Panel çərçivəsində Türk Təsəvvüf Musiqisi Vəqfi İstanbul Tarixi Türk Musiqisi qrupu tərəfindən Bakıda və Şamaxıda Türk Təsəvvüf Musiqisi konsert proqramları təşkil olunacaqdır.