Azərbaycanda tarixən formalaşmış yüksək tolerantlıq mədəniyyəti cəmiyyətimiz üçün böyük dəyərdir

“Azərbaycanda tarixən formalaşmış yüksək tolerantlıq mədəniyyəti cəmiyyətimiz üçün böyük dəyərdir”. “OLAYLAR” yap.org.az-a istinadən xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Nizamı Cəfərov səsləndirib.

"Azərbaycanda tarixən formalaşmış yüksək tolerantlıq mədəniyyəti cəmiyyətimiz üçün böyük dəyərdir". "OLAYLAR" yap.org.az-a istinadən xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Nizamı Cəfərov səsləndirib. O, bildirib ki, Azərbaycanda nümunəvi multikultural və birgəyaşayış modeli formalaşıb: "Dövlətimizin həyata keçirdiyi siyasət Azərbaycanı inkişaf etdirməklə yanaşı, həm də ölkəmizi dünyanın mühüm sivilizasiyalar və dinlərarası dialoq mərkəzlərindən birinə çevirib. Çoxsaylı beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanda keçirilməsi ilə xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Eyni zamanda, ölkəmizin dünya birliyində nüfuzunun sürətlə artmasına xidmət edir. Respublikamız  tolerantlığın daha yüksək zirvəsinə qədəm qoyub. İnanclı insanların birgə, vəhdət halında ibadət etməsinin yeni bir nümunəsi xalqımız tərəfindən ortaya qoyulub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31