Xalça Muzeyində pilot layihə

Azərbaycan Xalça Muzeyinin növbəti beynəlxalq sərgi-layihəsi “Tarixə və ənənəyə toxunuş” ekspozisiyası görmə qabiliyyəti məhdud olan insanlar üçün nəzərdə tutulub. Olaylar.az bildirir ki, ölkənin muzey işi tarixində yeni səhifə olacaq bu sərgi Azərbaycanda bu sahədə ilk sosial layihədir.

Azərbaycan Xalça Muzeyinin növbəti beynəlxalq sərgi-layihəsi "Tarixə və ənənəyə toxunuş" ekspozisiyası görmə qabiliyyəti məhdud olan insanlar üçün nəzərdə tutulub. Olaylar.az bildirir ki, ölkənin muzey işi tarixində yeni səhifə olacaq bu sərgi Azərbaycanda bu sahədə ilk sosial layihədir.

2019-cu ilin fevral ayı ərzində Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi və "Azersun Holding" şirkətlər qrupunun təşkilatçılığı ilə "Tarixə və ənənəyə toxunuş" Azərbaycan-Türkiyə birgə sərgi layihəsini təqdim olunacaq. Bu layihə "ASAN" Radionun media, "ASAN" Könüllülük Məktəbi və "British Council"ın dəstəyi ilə keçiriləcək.

Layihənin əsasını Türkiyənin GEA Arama Kurtarma Ekoloji və İnsani Yardım ictimai təşkilatının səyyar sərgisi təşkil edir. Bu sərgi Türkiyə və digər ölkələrdə böyük uğurla nümayiş etdirilib.

Ekspozisiyanın əsasını 15 əşya təşkil edir. Bura dünya muzeylərinin məşhur eksponatlarının surətləri, gips miniatürlər, qədim yunan alimləri və mifik qəhrəmanların kiçik büstləri daxildir. Azərbaycan Xalça Muzeyi öz növbəsində sözügedən layihəni "Ənənəvi texnologiya" şöbəsinin toxucuları tərəfindən xüsusi olaraq bu sərgi üçün hazırladıqları xalça nümunələri ilə tamamlayacaq. Onlar arasında xovlu xalçalarla yanaşı, xovsuz xalçaların palaz, kilim, şəddə, zili və s. kimi növlərini görmək mümkündür.

Sözügedən layihə ölkəmizdə bu istiqamətdə reallaşacaq pilot layihədir. Yaxın aylar ərzində eksponatların bu metodla nümayişi Azərbaycan Xalça Muzeyinin sərgi fəaliyyətində geniş şəkildə tətbiq olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31