Mədəniyyət
İmadəddin Nəsimi haqqında məlumat ispan dilində
Muğam Mərkəzində “Dəyirmi masa” layihəsi
Beynəlxalq Muğam Mərkəzi konsert fəaliyyət ilə yanaşı, bir sıra irimiqyaslı layihələr də həyata keçirir ki, onlardan biri də “Dəyirmi masa” adlanır. Olaylar.az bildirir ki, layihə çərçivəsində “Muğam və qəzəllər”, “Aşıq musiqisi:dünən, bugün və gələcəkdə” mövzusunda keçirilən tədbirlər haqqında kütləvi informasiya vasitələrində məlumatlar dərc edilib.
İTV “Eurovison”a bu 3 nəfərdən birini göndərəcək
"Gəncliyə töhfə" musiqi festivalı keçiriləcək
Gənc nəslin mənəvi-bədii zövqünün formalaşması, onların dünyagörüşünün genişlənməsini təmin etmək məqsədilə fevralın 1-dən 3-dək Mədəniyyət Nazirliyi, Dövlət Akademik Filarmoniyası və Azərbaycan Bəstəkarlar İttifaqının birgə layihəsi əsasında "Gəncliyə töhfə" musiqi festivalı keçiriləcək.
Səyyar Fotoqrafiya Muzeyi və mühazirə
“Gənclik və aşıq sənəti” mövzusunda dəyirmi masa
“Bremen musiqiçiləri” tamaşası nümayiş olundu
Gənc Tamaşaçılar Teatrının böyük səhnəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Bremen musiqiçiləri” adlı diplom tamaşası nümayiş olunub.
Müzəffər məğlubiyyət, yaxud Səfəvi şeyxinin romanı
Nizami Cəfərov, akademik, millət vəkili
Şair İbrahim İlyaslının şeiri “Kardelen” dərgisində çap olunub
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Mahmud Kaşqari Medalı” laureatı, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun sədri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, şair İbrahim İlyaslının “Məni bu qələmdən qoru, İlâhi” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” aylıq şeir dərgisinin 99-cu sayında Azərbaycan türkcəsində sayında dərc olunub.
“Oturacaqlar” filmi beynəlxalq festivallara dəvət aldı
Gənc Sinemaçılar Klubunun üzvü Orxan Ağazadənin “Oturacaqlar” filmi Çexiyada XIV Praqa Beynəlxalq qısa film festivalı və Fransada “Angers Premiers Plans” film festivalının “European Student films” müsabiqəsinə dəvət alıb.
“Tamahlar” və “Xanım və Xuliqan” birpərdəli baleti nümayiş olunacaq
Muzeylərarası əlaqələr genişlənir
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin bir qrup əməkdaşı Xalq Təhsili Muzeyini ziyarət ediblər.
Həftəsonunu Pantomima Teatrında “Adagio”
Azərbaycan Dövlət Pantomima Teatrı həftəsonunu maraqlı keçirmək istəyənləri repertuarında maraqlı tamaşalardan olan “Adagio”ya baxmağa dəvət edir. Olaylar.az bildirir ki, yanvarın 26-27-də təqdim ediləcək səhnə əsərinin quruluşçu rejissoru, Xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı və musiqi tərtibatçısı Əməkdar artist Nargilə Qəribovadır. Rəqslərinin quruluşu Elnur İsmayılova məxsus olan tamaşada müxtəlif şairlərin şeirlərindən istifadə olunub. Bu şeirlərdə qadın düşüncəsi, qadın duyğusu əsas yer tutur. Səhnə əsərində qadın-kişi münasibəti, kişilərin qadınlara nə qədər xoş münasibət göstərməsi və digər məsələlər önə çəkilib.
Hacı İsmayılovun 75 illik yubileyi qeyd edildi
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində xorvat yazıçısı Miro Havranın pyesi əsasında səhnələşdirilmiş “Qəribə, çox qəribə əhvalat” tamaşası növbəti dəfə təqdim olunub.














