“Bremen musiqiçiləri” tamaşası nümayiş olundu

Gənc Tamaşaçılar Teatrının böyük səhnəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Bremen musiqiçiləri” adlı diplom tamaşası nümayiş olunub.

Gənc Tamaşaçılar Teatrının böyük səhnəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Bremen musiqiçiləri" adlı diplom tamaşası nümayiş olunub.

Olaylar.az bildirir ki, tamaşada Teatr sənəti fakültəsinin Musiqili teatr aktyoru ixtisasının 4-cü kurs tələbələri Seymur Xudiyev, Nəzrin Əliyeva, Kamil Nazim, Elvin Bəxtiyarlı, Nicat Qurbanzadə, Raksana İmir, Aytac Məmmədova, İmdad Tofiqoğlu, Aytac Quliyeva və Azad Şabanov çıxış edirlər.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, səs rejisoru Aygül Quliyeva, işıq rejissoru Vadim Kuskovdur.

Kursun rəhbəri Əməkdar artist Vidadi Həsənov, səhnə danışığı müəllimi dosent Kəmalə Mehdiyevadır.

İki gəncin saf sevgisindən bəhs edən tamaşa həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31