Hacı İsmayılovun 75 illik yubileyi qeyd edildi

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində xorvat yazıçısı Miro Havranın pyesi əsasında səhnələşdirilmiş “Qəribə, çox qəribə əhvalat” tamaşası növbəti dəfə təqdim olunub.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində xorvat yazıçısı Miro Havranın pyesi əsasında səhnələşdirilmiş "Qəribə, çox qəribə əhvalat" tamaşası növbəti dəfə təqdim olunub.

Olaylar.az bildirir ki, bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov olan səhnə əsərinə rejissor Əlif Cahangirlinin quruluşunda baxılıb. Səhnə tərtibatı Xalq rəssamı Nazim Bəykişiyevə məxsus tamaşada rolları Xalq artistləri Rafiq Əzimov və Hacı İsmayılov, aktyor Ramin Şıxəliyev ifa edib. Ötən ilin yazından repertuarda olan tamaşanın budəfəki nümayişinin bir özəlliyi də var. Tamaşada əsas rollardan birini oynayan Xalq artisti Hacı İsmayılov ad günündə səhnəyə çıxıb. Görkəmli aktyor 75 yaşını doğma teatrda, yarım əsrə yaxındır fəaliyyət göstərdiyi sənət ocağında tamaşaçılar qarşısında qeyd edib.

Tamaşadan sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri adından yubilyara təbrik məktubu və hədiyyə təqdim olunub.

Mədəniyyət naziri Əbülfəs Qarayev aktyoru 75 illiyi münasibətilə təbrik edərək Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 21-də sənətkarın "Şöhrət" ordeni ilə təltif olunması haqqında Sərəncam imzaladığını diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31