Mədəniyyət
Çin kağız kəsmə sənəti üzrə master-klass
Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin dili kurslarının balaca məktəblilər qrupu üçün “Jianzhi” kağızı nümunələrini kəsmək sənəti üzrə master-klass keçirilib. Uşaqlar bu sənət üçün lazım olan əzm və səbrləri inkişaf etdirməklə sadə “Jianzhi” fiqurlarını kəsməyi həvəslə öyrəniblər. Məktəblilər mükafat olaraq öz əlləri ilə hazırlanan mükəmməl bəzək əldə ediblər.
Dövlət Kamera Orkestri Motsartın əsərini ifa edəcək
Fevralın 5-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri konsert proqramı ilə çıxış edəcək.
Kitab Mərkəzində sərgi - “Mən fəxr edirəm ki, azərbaycanlıyam”
Yanvarın 25-də “Azərkitab” Kitab Mərkəzində gənc rəssam Elmar Məmmədzadənin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı rəsm sərgisi açılacaq.
Özbəkistanda “Nizami Gəncəvi haqqında hər şey” adlı Respublika müsabiqəsinə start verildi
Özbəkistandakı Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində “Nizami Gəncəvi haqqında hər şey” adlı Respublika müsabiqəsinə start verilib. Qeyd edək ki, müsabiqə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin 2019-cu il üçün imzalanmış iş planına uyğun həyata keçirilir.
III Beynəlxalq incəsənət festival-müsabiqəsi keçiriləcək
Əbülfəs Qarayev kadr dəyişiklikləri etdi
Emin Ağalarova XƏBƏRDARLIQ: ABŞ-a gəlmə, HƏBS EDƏCƏKLƏR - VİDEO
“Şəhid şəhər” adlı uşaq rəsm müsabiqəsi
Bakıda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Şəhid şəhər” adlı uşaq rəsm müsabiqəsi elan olunub. Olaylar.az bildirir ki, rəsm müsabiqəsi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, “Azərbaycan Televiziya və Radio Verlişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Gənc rəssamlar üçün növbəti rəsm müsabiqəsi
“Arts Council Azerbaijan” təşkilatı “START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün növbəti rəsm müsabiqəsi elan edib.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin İdarə Heyətinə yeni üzvlər seçilib
Səhnəmizin Mustafa müəllimi - Hacı İsmayılovun 75 yaşına...
Məşhur türk serialında Qarabağ əməliyyatı - Video
Nəsiminin "Hüseyni” təxəllüsü ilə yazdığı şeirlər Ankarada tapıldı
Bakı ilk dəfə - İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalına ev sahibliyi edəcək
Yanvarın 25-dən etibarən Bakı ilk dəfə İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalına ev sahibliyi edəcək. Festival Mədəniyyət Nazirliyi, film istehsalı şirkətləri olan “İmago Group”, “United Cultures” və “Sandro Teti Editore”nin birgə dəstəyi ilə reallaşacaq. Festival İtaliya və Azərbaycan kino sənayesinin keçmişi, bu gününü və gələcəyini təbliğ etmək məqsədi daşıyır.
Teatrda “Açıq qapı” günü oldu
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə “Açıq qapı” günü keçiriləcək. Olaylar.az bildirir ki, “Açıq qapı” günü çərçivəsində “Qarabağnamə” tamaşası nümayiş olunacaq. Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.








.jpg)





