Dövlət Kamera Orkestri Motsartın əsərini ifa edəcək
Fevralın 5-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri konsert proqramı ilə çıxış edəcək.
23 Yanvar 2019 13:03 MədəniyyətFevralın 5-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri konsert proqramı ilə çıxış edəcək.
Olaylar.az bildirir ki, Xalq artisti Fəxrəddin Kərimovun dirijorluq edəcəyi orkestrin solistləri alt ifaçısı Rəna Rəhimova və skripka ifaçısı Rövşən Əmrahov olacaq.
Konsertdə görkəmli Avstriya bəstəkarı Volfqanq Amadey Motsartın "Simfonik konserti: Alt, skripka və orkestr üçün" əsəri ifa ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31