“Tamahlar” və “Xanım və Xuliqan” birpərdəli baleti nümayiş olunacaq

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi fevralın 20-də iki səhnə əsəri ilə baletsevərlərin görüşünə gələcək.

Olaylar.az bildirir ki, əvvəlcə sənət ocağının səhnəsində Pyotr Çaykovskinin "Tamahlar" birpərdəli baleti təqdim olunacaq. Baletin quruluşçu baletmeysteri fransalı xoreoqraf Allen Amberdir.

Səhnə əsərində aparıcı solistlər Gülağası Mirzəyev, Makar Ferştadnt, Nigar İbrahimova, Elmira Süleymanova, Ayan Eyvazova, Timur Oduşev, Faiq Qubadov, Leyla Narimanidze və Dilarə Mehdiyeva iştirak edəcəklər.

Bundan başqa, həmin gün teatrın səhnəsində Dmitri Şostakoviçin "Xanım və Xuliqan" birpərdəli baleti izləniləcək. Quruluşçu baletmeysteri Sergey Moxnaçev olan baletdə Xanım obrazını Cəmilə Kərimova, Xuliqanı isə Anar Mikayilov canlandıracaq.

Xronometrajları 35 dəqiqə olan hər iki səhnə əsəri Xalq artisti Yalçın Adıgözəlov tərəfindən idarə ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31