Muğam Mərkəzində “Dəyirmi masa” layihəsi

Beynəlxalq Muğam Mərkəzi konsert fəaliyyət ilə yanaşı, bir sıra irimiqyaslı layihələr də həyata keçirir ki, onlardan biri də “Dəyirmi masa” adlanır. Olaylar.az bildirir ki, layihə çərçivəsində “Muğam və qəzəllər”, “Aşıq musiqisi:dünən, bugün və gələcəkdə” mövzusunda keçirilən tədbirlər haqqında kütləvi informasiya vasitələrində məlumatlar dərc edilib.

Beynəlxalq Muğam Mərkəzi konsert fəaliyyət ilə yanaşı, bir sıra irimiqyaslı layihələr də həyata keçirir ki, onlardan biri də "Dəyirmi masa" adlanır. Olaylar.az bildirir ki, layihə çərçivəsində "Muğam və qəzəllər", "Aşıq musiqisi:dünən, bugün və gələcəkdə" mövzusunda keçirilən tədbirlər haqqında kütləvi informasiya vasitələrində məlumatlar dərc edilib.

Beynəlxalq Muğam Mərkəzinin "Dəyirmi masa" layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin və AMEA- nın Folklor İnstitunun birgə təşkilatçılığı ilə keçirilən "Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri" mövzusunda elmi seminar xalq ədəbiyyatı və xalq musiqisinin vəhdətdə öyrənilməsi sahəsində əhəmiyyətli bir tədbirdir.

Tədbiri giriş sözü ilə Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti, professor Murad Hüseynov açaraq çıxış edir.

Azərbaycan bəstəkarlar ittifaqının sədri, AMEA-nın müxbir üzvi, professor Firəngiz Əlizadə, AMEA-nın Folklor İnstitunun "Musiqi folkloru" şöbəsinin müdiri, Sənətşünaslıq üzrə elmləri doktoru, professor Nailə  Rəhimbəyli, Filologiya üzrə  elmlər doktoru, professor Tərlan Quliyev, Sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudova, Əməkdar incəsənət xadimi, fəlsəfə üzrə elmlər doktoru, professor Gülnaz Abdullazadə, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova, Sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadə,Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Fəttah Xaliqzadə, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmalə Atakişiyeva, Əməkdar İncəsənət xadimi Sürəyya Ağayeva  bayatı janrının Azərbaycan musiqisində yeri haqqında məruzlərlə çıxış edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31