İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalına yekun vuruldu
İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalının sonuncu günündə Nizami Kino Mərkəzində “The Bra” filmi nümayiş olunub. Olaylar.az bildirir ki, rejissor və prodüseri Vait Helmer olan film Gürcüstan və Azərbaycanda lentə alınıb. Film Almaniyanın birinci kanalı ARD və Almaniya hökumətinin BKM Mədəniyyət Film Fondu tərəfindən sifariş edilib.
30 Yanvar 2019 10:21 Mədəniyyətİtaliya-Azərbaycan Beynəlxalq Film Festivalının sonuncu günündə Nizami Kino Mərkəzində "The Bra" filmi nümayiş olunub.
Olaylar.az bildirir ki, rejissor və prodüseri Vait Helmer olan film Gürcüstan və Azərbaycanda lentə alınıb. Film Almaniyanın birinci kanalı ARD və Almaniya hökumətinin BKM Mədəniyyət Film Fondu tərəfindən sifariş edilib.
Rollarda Miki Manojloviç, Çulpan Xamatova, Paz Veqa, Denis Lavant, İsmayıl Quluzadə, Kazım Abdullayev, Günəş Mehdizadə, Xumar Səlimova, Mətanət Atakişiyeva, Sevinc Əliyeva və Xalq artisti Hacı İsmayılov çəkiliblər. Filmin direktoru Aysel Əmirova, operatoru Asif Şirəliyev, Elman Əliyev, kostyum dizayneri Mehriban Əfəndidir.
Filmdə cərəyan edən hadisələr Şanxay (Azərbaycan) ərazisində baş verir.