Məhəmməd Əmin Rəsulzadənin 135 illiyi ilə bağlı sərgi təşkil edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanası Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan, görkəmli siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü ilə bağlı sərgi təşkil edib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanası Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan, görkəmli siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü ilə bağlı sərgi təşkil edib.

Olaylar.az xəbər verir ki, sərgidə M.Ə.Rəsulzadənin özünün müəllifi olduğu və onun haqqında yazılmış, MEK fondlarında saxlanılan kitablar nümayiş etdirilir. Onların sırasında M.Ə.Rəsulzadənin əsərlərindən olan "Məktublar, şəfiçilik", "Azərbaycan şairi Nizami", "Qafqaz türkləri", "Çağımızın Səyavuşu", "Milli Birlik", "Panturanizm. Qafqaz sorunu", eləcə də ona həsr olunmuş "M.Ə.Rəsulzadə", "Cümhuriyyət qurucuları" (Nəsiman Yaqublu), "M.Ə.Rəsulzadə və ana dilimiz" (Mətanət Fərzəliyeva), "M.Ə.Rəsulzadə (1884-1955)" (Aydın Balayev), "İstanbulda diplomatik görüşlər (1918-1919-cu illər)" (Əlimərdan Bəy Topçubaşov), "M.Ə.Rəsulzadə (biblioqrafiya)" və başqa kitablar yer alır.

Sərgi fevral ayının 8-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31