“Eurovision”da yarımfinalın püşkatma mərasimi keçirilib

Ötən gün Təl-Əvivin İncəsənət muzeyində "Eurovision" mahnı müsabiqəsinin yarımfinalının püşkatma mərasimi keçirilib. Assi Asar və Lusi Ayoubun aparıcılıq etdiyi gecədə müsabiqənin iştirakçı ölkələrinin hansı yarımfinalda səhnəyə çıxması bəlli olub.

Məlum olub ki, ölkə təmsilçimiz 16 mayda keçiriləcək ikinci yarımfınalın ikinci hissəsində səhnəyə çıxacaq.

Qeyd edək ki, "Eurovision"a namizədlər sırasında Ləman Dadaşova, Tofiq Hacıyev, Samira Əfəndi və Çingiz Mustafayevin adı yer alıb. Azərbaycanı təmsil edəcək namizədi "İctimai" kanal açıqlayacaq.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31