Mədəniyyət

İvana hicab bağladı - Foto

31 Yanvar 2019 22:10

Modelyer İvana Sert hicab bağlayıb. O, bunu gəlinlik markalarından birinin tanıtımı üçün edib. 

Muğam Mərkəzində "Dəyirmi masa"

31 Yanvar 2019 22:07

Beynəlxalq Muğam Mərkəzinin " Dəyirmi Masa " layihəsinin çərcivəsində “Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri” adlı elmi-seminar keçirilib . Olaylar.az bildirir ki, Beynəlxalq Muğam Mərkəzində (BMM) AMEA-nın Folklor İnstitutu ilə birgə “Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri” mövzusunda elmi-seminar keçirilib.  Tədbiri AMEA-nın Folklor İnstitunun “Musiqi folkloru” şöbəsinin  müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə  Rəhimbəyli açaraq Azərbaycan foklorunun ən qədim janrılarından olan bayatıların minillik tarixi- mədəni yaddaşı, xalqımızın milli-mənəvi dəyəri olduğunu bildirib. 

Nazir Tovuzda vətəndaşları qəbul edəcək

31 Yanvar 2019 13:32

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 8-də saat 11:00-da Tovuz şəhərində vətəndaşları qəbul edəcək. Olaylar.az bildirir ki, bu şəhərdəki Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda (Məşədi Əzizbəyov küçəsi, 1 ) Ağstafa, Qazax, Tovuz, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Uşaqlar  Novruz bayramında Sarayda əylənəcək Sarayda əylənəcəklər

31 Yanvar 2019 13:28

Heydər Əliyev Sarayı Novruz bayramı günlərində uşaqları maraqlı, musiqili və əyləncəli proqramla sevindirəcək. Olaylar.az bildirir ki, bu münasibətlə martın 24-də sarayın səhnəsində “Sehrli Novruz” adlı möhtəşəm bayram konserti keçiriləcək.

Amerikaya köçən Elariz fotolarını paylaşdı

31 Yanvar 2019 10:29

Müğənni Elariz Məmmədoğlunun Amerikaya köçməsi ilə bağlı mediada xəbər yayılmışdı.   "Greencart" qazanan sənətçi bir neçə müddətdir okeanın o tayına köçüb. 

Nazənin rəfiqəsini həm lağa qoydu, həm təriflədi - Fotolar

31 Yanvar 2019 10:19

Bir neçə gündür sosial mediada toy müğənnisi kimi tanınan Afət Fərmanqızının İmadəddin Nəsiminin qəzəlini “6/8” ritm üzərində ifa etməsi tənqid olunur. Afətin yaxın rəfiqələrindən biri isə müğənni Nazənindir.

Əbülfəs Qarayev italiyalı kinematoqrafçıları qəbul etdi 

31 Yanvar 2019 10:16

Mədəniyyət naziri Əbülfəs Qarayev İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalının sədri, italiyalı aktyor Rimo Gironenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirlikdən Olaylar.az-a  verilən məlumata görə, nazir Əbülfəs Qarayev iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr və əməkdaşlığın gələcək perspektivlərindən danışaraq, ilk dəfə keçirilən bu festivalın kinematoqrafiya sahəsində əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyini və bu kimi tədbirlərin qarşılıqlı mədəni mübadilə üçün şərait yaratdığını vurğulayıb.

Xatundan Rəqsanəyə barışıq addımı - Video

31 Yanvar 2019 09:56

Ötən gün müğənni Xatun Əliyeva küsülü olduğu həmkarı, Rəqsanə İsmayılovaya barışıq addımı atıb. Məclislərin birində sənətçinin qızı Aysunla üz-üzə gələn Xatun, onunla görüşüb, daha sonra isə “Rəqsanəyə salam” ifadəsini işlədib.

“Mənim Şamaxım” - Xətai Sənət Mərkəzində növbəti müsabiqə 

30 Yanvar 2019 16:37

Xətai Sənət Mərkəzi Şamaxı rayonunun sakinləri olan uşaqlar, yeniyetmələr və gənclər arasında “Mənim Şamaxım” adlı rəsm müsabiqəsini elan edib. Olaylar.az bildirir ki, “Nəsimi ili” çərçivəsində təşkil edilən müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

"Leyli və Məcnun" nümayiş olunacaq

30 Yanvar 2019 16:08

Fevralın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında  “Leyli və Məcnun” operası nümayiş olunacaq. Olaylar.az bildirir ki, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda izləniləcək səhnə əsəri dirijor, Əməkdar incəsənət xadimi Sevil Haciyeva tərəfindən idarə olunacaq. Operada Məcnun obrazını Səbuhi İbayev, Leylini isə Xalq artisti Gülyaz Məmmədova canlandıracaq.

Dahi Fikrət Əmirov yaradıcılığı “Yaradanlar və yaşadanlar” layihəsində

30 Yanvar 2019 14:11

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert dahi bəstəkar Fikrət Əmirovun yaradıcılığına həsr olunmuşdu. Olaylar.az bildirir ki, tədbir Azərbaycan Televiziyası və Radiosu “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.

Azərbaycanlı aparıcı xərçəngə yoluxub - Bədənindən 7 şiş tapılıb

30 Yanvar 2019 14:03

Aparıcı-jurnalist Tahirə Məmmədqızı xərçəng xəstəliyinə tutulub. O, bu haqda İnstaqram səhifəsində yazıb. Tahirə bildirib ki, ağır əməliyyat keçirəcək:

Bakıda ilk dəfə “Adsız yüksəkliklər” nümayiş olunub

30 Yanvar 2019 11:08

“Park Cinema”da rejissor Hilal Baydarovun ekranlaşdırdığı “Adsız yüksəkliklər” bədii filmi nümayiş olunub. Xronometrajı 93 dəqiqə olan ekran əsərində rejissor fəlsəfi bir problemi - insanın təbiət qarşısında diz çökməsini ortaya qoyur. Bu ekran əsəri hazırda beynəlxalq festivallarda uğurla nümayiş olunur.