Muğam Mərkəzində "Dəyirmi masa"
Beynəlxalq Muğam Mərkəzinin " Dəyirmi Masa " layihəsinin çərcivəsində “Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri” adlı elmi-seminar keçirilib . Olaylar.az bildirir ki, Beynəlxalq Muğam Mərkəzində (BMM) AMEA-nın Folklor İnstitutu ilə birgə “Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri” mövzusunda elmi-seminar keçirilib. Tədbiri AMEA-nın Folklor İnstitunun “Musiqi folkloru” şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli açaraq Azərbaycan foklorunun ən qədim janrılarından olan bayatıların minillik tarixi- mədəni yaddaşı, xalqımızın milli-mənəvi dəyəri olduğunu bildirib.
31 Yanvar 2019 22:07 MədəniyyətBeynəlxalq Muğam Mərkəzinin " Dəyirmi Masa " layihəsinin çərcivəsində "Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri" adlı elmi-seminar keçirilib .
Olaylar.az bildirir ki, Beynəlxalq Muğam Mərkəzində (BMM) AMEA-nın Folklor İnstitutu ilə birgə "Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri" mövzusunda elmi-seminar keçirilib.
Tədbiri AMEA-nın Folklor İnstitunun "Musiqi folkloru" şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli açaraq Azərbaycan foklorunun ən qədim janrılarından olan bayatıların minillik tarixi- mədəni yaddaşı, xalqımızın milli-mənəvi dəyəri olduğunu bildirib.
Əməkdar incəsənət xadimi, "Ənənəvi musiqi üzrə Beynəlxalq Şura"-nın (ICTM, YUNESCO), eləcə də Azərbaycan Bəstəkarlat İttifaqının üzvü Sürəyya Ağayeva "Qədim dövr və orta əsrlərdə Azərbaycan türk muğamı və bayatılar" mövzusunda çıxış edib.
Tədbirdə filologiya üzrə fəlsəfə doktorları Gülhüseyn Kazımlı, Minəxanım Nuriyeva, sənətşünaslıq üzrə fəlsəfə doktorları Kəmalə Atakişiyeva, Lalə Hüseynova və başqaları Bayatı janrı, onun türk xalqlarının musiqisində, Azərbaycan musiqisində, muğam sənətində, folklor tədqiqatlarında yeri və s. mövzularda məruzələrlə çıxış ediblər.
"Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri" mövzusunda elmi-seminar Beynəlxalq Muğam Mərkəzinin gerçəkləşdirdiyi genişmiqyaslı "Dəyirmi masa" adlı layihə çərçivəsində baş tutub. Layihə çərçivəsində indiyədək "Muğam və qəzəllər", "Aşıq musiqisi:dünən, bu gün və gələcəkdə" mövzusunda tədbirlər keçirilib.
"Dəyirmi masa"nın fevral ayında keçiriləcək növbəti tədbiri Azərbaycan çalğı alətlərinə həsr olunacaq. İlk tədbir "Azərbaycan tarı dünən,bu gün və gələcəkdə " adlanır.Tədbir Milli Konservatoriya ilə birlikdə təşkil olunacaq və orda görkənli tarzənlərimiz,tar musiqi alətinə aid nəzəriyyəçilər,alimlər iştirak edəcəklər.