Dahi Fikrət Əmirov yaradıcılığı “Yaradanlar və yaşadanlar” layihəsində

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert dahi bəstəkar Fikrət Əmirovun yaradıcılığına həsr olunmuşdu. Olaylar.az bildirir ki, tədbir Azərbaycan Televiziyası və Radiosu “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.

Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində keçirilən konsert dahi bəstəkar Fikrət Əmirovun yaradıcılığına həsr olunmuşdu. Olaylar.az bildirir ki, tədbir Azərbaycan Televiziyası və Radiosu "Mədəniyyət" kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.
Konsertdə  bəstəkarın mahnılarını Xalq artistləri - Teyyub Aslanov  "Şeyx Sənan" dramasından "Kor Ərəbin mahnısını", Samir Cəfərov  "Gülərəm gülsən", Əməkdar artistlər - Zakir Əliyev "Gülür ellər", Rəşad İlyasov "De görüm neyləmişəm", Bəyimxanım Vəliyeva "Mən səni araram", Arzu Əliyeva "Bir gül dərdim",  Azərbaycan Televiziyası və Radiosunun solistləri - Ayşən Mehdiyeva "Böyük dayaq" k/f-dən "Pərişanın mahnısını", Zabitə Əliyeva "Gözəlim sənsən", Sərxan Bünyadzadə "Səhər" k/f-dən "Aslanın mahnısını" və xanəndə Könül Məmmədli "Toy mahnısı" mahnılarını ifa etdilər.
Konsertin son nömrəsi olan "Reyhan" mahnısı Arzu Əliyeva, Bəyimxanım Vəliyeva və Ayşən Mehdiyevanın  ifasında səsləndi.
İfaçıları  Xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında "Səadət" instrumental ansamblı müşayiət edirdi.
Qeyd edək ki, tədbirin aparıcısı əməkdar artist Rəşad İlyasov idi.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31