“Gəncliyə töhfə” festivalı çərçivəsində ilk konsert olacaq

“Gəncliyə töhfə” festivalı çərçivəsində ilk konsert fevralın 1-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunacaq.

"Gəncliyə töhfə" festivalı çərçivəsində ilk konsert fevralın 1-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunacaq.

Olaylar.az bildirir ki, solisti Nərmin Rzayeva olan konserti Mustafa Mehmandarovun dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edəcək. Konsertdə gənc bəstəkarların yaradıcılığına müraciət olunacaq.

Qeyd edək ki, gənc nəslin mənəvi-bədii zövqünün formalaşması, onların dünyagörüşünün genişlənməsini təmin etmək məqsədilə fevralın 1-dən 3-dək Mədəniyyət Nazirliyi, Dövlət Akademik Filarmoniyası və Azərbaycan Bəstəkarlar İttifaqının birgə layihəsi əsasında "Gəncliyə töhfə" musiqi festivalı keçiriləcək.

Gənclər Gününə həsr olunan festivalın məqsədi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinin yetişdirdiyi istedadlı, təhsillərini xarici ölkələrdə davam etdirən, mütəmadi olaraq beynəlxalq müsabiqə və festivallarda Azərbaycan musiqisini yüksək səviyyədə təmsil edən gənc bəstəkarların simfonik, kamera və xalq çalğı alətləri orkestrləri üçün yazılmış əsərlərinin ictimaiyyətə tanıdılmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31