Hobart Erlin Bakıda çıxış edəcək
29 Yanvar 2019 16:22 MədəniyyətFevralın 15-də amerikalı dirijor Hobart Erlin dirijorluğu ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri konsert verəcək.
Olaylar.az bildirir ki, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunacaq konsertin solisti qismində Dali Qutseryeva (cello) və Yekaterina Lehina (soprano) çıxış edəcək.
Konsert çərçivəsində V.A.Motsartın "Fiqaronun toyu" operasından "Uvertüra, KV 492", K.Boyarskinin "Violonçel, soprano və orkestr üçün süita"sı və P.İ.Çaykovskinin opera üçün yazdığı "Dörd nömrəli simfoniya"sı ifa olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31