Gündəm
Ermənilərin cəbhə bölgəsindəki təxribatları nəyə hesablanıb?
Oktyabrın 26-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat xarakterli hücumlarını davam etdirirlər. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, erməni yaraqlıları mürəkkəb iqlim şəraitindən istifadə edərək cəbhənin cənub istiqamətində mövqelərimizə yaxınlaşmaqla təxribat törətməyə cəhd göstəriblər. Düşmən tərəfinin fəaliyyəti əvvəlcədən aşkar edilərək ona qarşı qabaqlayıcı atəş zərbələri vurulub.
Ermənistan görüşlərdən qaçır
Elman Məmmədov: “Həmsədrlərin bu fəaliyyətsizliyi, digər beynəlxalq qurumların ədalətsiz mövqeyi son nəticədə Azərbaycanı məcbur edəcək ki, torpaqlarını hərb yolu ilə işğaldan azad etsin” Cari ilin aprel ayında cəbhədə baş verən məlum hadisələrdən sonra Ermənistanın beynəlxalq aləmdəki havadarları bu ölkəni məhv olmaq təhlükəsindən xilas etmək üçün diplomatik fəallığı artırsalar da, lakin ötən müddət ərzində bu fəallıq heç də istənilən nəticəni vermədi. Əksinə beynəlxalq aləm tərəfindən nümayiş etdirilən ermənipərəsət mövqe işğalçı ölkəni daha da qeyri-konstruktiv olmağa sövq etdi. Bütün bunlar nəticə etibarilə belə bir fikir formalaşdırdı ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində göstərilən təşəbbüslərin heç bir nəticəsi yoxdur. Elə həmsədrlərin regiona son səfəri də bunu bir daha təsdiqlədi. Bəs görəsən belə bir situasiyada hansı addımın atılması zərurətə çevrilir?
Qatil ərlər- Hardasınız Köhnə Kişilər?
Mən orta məktəbdə oxuyanda qonşu kənddə bir hadisə baş vermişdi. Dörd uşaq atası olan kişi arvadını öldürmüşdü. Səbəb də qadının ədəbsiz sözlərlə ərini hövsələdən çıxarması olmuşdu. Kəndin kənarında ot biçən ərinə günorta yeməyi aparan qadın ehtiyatsızlıqdan termosdakı isti çayı kiçinin üstünə töküb. Bundan hirslənən kişi arvadına bir şillə vurub. Qadın da ərinə qarğış edib. Bir qədər susan kişi görür ki, arvad susmur, səsini daha da yüksəyə qaldırır, qarğışlara dözməyib, ot biçdiyi kərənti ilə onu öldürüb.
Dini radikalizmlə mübarizə sərtləşdirilir
Milli Məclisin son plenar iclasında dini ekstremizmə qarşı mübarizə üzrə dəyişikliklər paketi təsdiq edilib. Konkret olaraq “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər ekstremist fəaliyyət aparan dini qurumların ləğvini nəzərdə tutur.
İbrahim Tatlısəs FETÖ-çülərdən şikayət etdi
Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs FETÖ-çülərdən şikayət edib. Milli.Az Türkiyə mətbuatına istinadla bildirir ki, o, şikayətində bildirib ki, müğənninin əvvəldən vurulacağını bilən məmurlar heç bir tədbir görməyiblər. Hətta onlar müğənni vurulduqdan sonra da bu məsələyə etinasız yanaşıblar. Olaylar.az
Rusiyada duz qıtlığı gözlənilir
Rusiya hökumətinin bəzi ölkələrdən Rusiyaya duz idxalının qadağan edilməsi barədə sərəncamı bu gündən qüvvəyə minib. Olaylar.az virtualaz.org-a istinadən xəbər verir ki, siyahıya Rusiyaya qarşı sanksiyalar tətbiq etmiş 26 ölkə, o cümlədən Ukrayna daxildir. Mənbənin bildirdiyinə görə, bu ölkələrdən daxil olan duzun həcmi bazarın ümumi həcminin 40%-ni təşkil edirdi. Yerli istehsalçılar bu çatışmazlığı aradan qaldıracaqlarına əminliklərini bildiriblər.
Məlahət İbrahimqızı “Avronest” PA-nın profil komitəsinin həmsədri seçilib
Ukrayna paytaxtında Avronest Parlament Assambleyasının (PA) siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin və sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin birgə iclasları keçirilir. Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları Rasim Musabəyov və Məlahət İbrahimqızı da iştirak edir.
İstifadəsiz torpaqlarla bağlı hökumətə layihə təqdim edilib
“Təyinatı üzrə istifadə edilməyən əkinə yararlı torpaqların monitorinqləri davam edir”. Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə açıqlamasında bildirib. O, bildirib ki, əsas məsələ hüquqi bazanın yaradılmasının başa çatdırılmasıdır: “Bu haqda qanunvericilik bazası mövcuddur. O qanundan irəli gələn vəzifələri həyata keçirmək üçün qaydalar hazırlanıb. Bütün nazirliklərlə razılşadıırlıb və Nazirlər Kabinetinə təqdim olunub”. Nazir həmçinin, torpaqdan istifadə olunub-olunmaması kriteriyalarının hazırlandığını deyib: “Yaxın günlərdə o qaydalar təsdiq olunduqdan sonra Vergilər Nazirliyi ilə birgə tətbiqinə balaşayacağıq”.
Azərbaycan dünyada sabitlik adasıdır
Azər Badamov: “Belə sabit və dinamik inkişaf edən ictimai- siyasi mühit bir çox ölkələr üçün cəlbedici olub” Son aylar Azərbaycana olan beynəlxalq maraq əhəmiyyətli dərəcədə artıb. Bunu ayrı-ayrı ölkələrin dövlət və hökumət rəsmilərinin ölkəmizə səfərlərindən də aydın görmək mümkündür. Bəs görəsən bu kimi səfərlərin Azərbaycan üçün perspektivləri nədən ibarətdir? Bu və ya digər suallarla bağlı millət vəkili Azər Badamova müraciət etdik. “OLAYLAR”-a verdiyi müsahibədə Azər Badamov deyib ki, Azərbaycan sabitlik adası olduğu üçün dünyanın əksər ölkələri üçün cəlbedici məkana çevrilib.
Sankt-Peterburqdan gələn nümayəndə heyəti STP ilə tanış olub
Bakıda keçiriləcək VII Azərbaycan – Rusiya Regionlararası forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Sankt-Peterburq şəhərindən gələn nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında (STP) olub. “OLAYLAR”-ın xəbərinə görə, STP-nin nümayəndəsi Əli Məmmədov qonaqlara Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkədə müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Nərimanov rayonunda “Məktəb seminarları” keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları” layihəsi çərçivəsində təşkil olunan növbəti təlim-seminar Nərimanov rayonundakı 207 nömrəli tam orta məktəbdə keçirilib.
Həmsədrlər nəticəsiz fəaliyyət göstərirlər
“Minsk qrupunun həmsədrləri regiona hər səfərlərinin nəticəsi olaraq bəyanat verirlər. Amma bu bəyanatlar əvvəlkilərin təkrarıdır. Onlar nəticəsiz fəaliyyət göstərirlər“. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə., bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov səsləndirib.
AMEA-nın mətbu orqanları Mətbuat Şurasının sıralarına qəbul olunub
Azərbaycan Milli Elmlər Akademiyasının mətbu orqanları - “Elm-Наука” qəzeti, “Elm və həyat” elmi-populyar jurnalı, “Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərlər məcmuəsi” elmi-ictimai jurnalı Azərbaycan Mətbuat Şurasına üzv qəbul olunublar. Bununla bağlı qərar Mətbuat Şurasın İdarə Heyətinin iclasında verilib.
Daha bir bankın bağlanacağı anonsu verildi
“Daha bir bank öz öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir”. Bunu iqtisadçı Vüqar Bayramov növbəti bağalanacaq bankın anonsunu verib: “Monitorinqlərimiz və eləcə də bizə olan müraciətlər göstərir ki, həmin bank hətta cari hesablardakı kiçik məbləğdə ödənişləri belə mərhələli şəkildə ödəyir.
Amerikada prezident seçkisindən sonra bir müddət hakimiyyət boşluğu yaşanacaq
Bu boşluqdan ABŞ-ın bölgədəki rəqibləri istifadə edə bilərlər Yaxın Şərqdə İŞİD əleyhinə aparılan antiterror əməliyyatları Rusiyanın bu regiondakı maraq dairəsini təhlükə altında qoyduğu üçün Kreml diqqəti digər regionlara yönəltməyə başlayıb. Bu sırada Cənubi Qafqaz da Moskvanın planları daxilində öndə durur. Amma Birləşmiş Ştatlar da regionda sakit dayanmaq fikrində deyil. Hər halda Pentaqon rəsmilərinin bu günlərdə həyata keçirdiyi səfər və Azərbaycan da daxil olmaqla region ölkələrində baş tutan görüşlər Birləşmiş Ştatların regionla bağlı müəyyən hərbi planlarının olduğundan xəbər verir. Elə ekspertlər də bu qənaətdədirlər.














