İstifadəsiz torpaqlarla bağlı hökumətə layihə təqdim edilib
“Təyinatı üzrə istifadə edilməyən əkinə yararlı torpaqların monitorinqləri davam edir”. Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə açıqlamasında bildirib. O, bildirib ki, əsas məsələ hüquqi bazanın yaradılmasının başa çatdırılmasıdır: “Bu haqda qanunvericilik bazası mövcuddur. O qanundan irəli gələn vəzifələri həyata keçirmək üçün qaydalar hazırlanıb. Bütün nazirliklərlə razılşadıırlıb və Nazirlər Kabinetinə təqdim olunub”. Nazir həmçinin, torpaqdan istifadə olunub-olunmaması kriteriyalarının hazırlandığını deyib: “Yaxın günlərdə o qaydalar təsdiq olunduqdan sonra Vergilər Nazirliyi ilə birgə tətbiqinə balaşayacağıq”.
1 Noyabr 2016 14:17 Sosial"Təyinatı üzrə istifadə edilməyən əkinə yararlı torpaqların monitorinqləri davam edir". Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə açıqlamasında bildirib. O, bildirib ki, əsas məsələ hüquqi bazanın yaradılmasının başa çatdırılmasıdır: "Bu haqda qanunvericilik bazası mövcuddur. O qanundan irəli gələn vəzifələri həyata keçirmək üçün qaydalar hazırlanıb. Bütün nazirliklərlə razılşadıırlıb və Nazirlər Kabinetinə təqdim olunub". Nazir həmçinin, torpaqdan istifadə olunub-olunmaması kriteriyalarının hazırlandığını deyib: "Yaxın günlərdə o qaydalar təsdiq olunduqdan sonra Vergilər Nazirliyi ilə birgə tətbiqinə balaşayacağıq".