Gündəm

Manatın ucuzlaşması davam edəcəkmi?

1 Noyabr 2016 13:57

Fikrət Yusifov: “Kəskin devalvasiyasının təkrarlanması həm nəzəri, həm də praktiki cəhətdən real görünmür” Son günlər manatın Amerika dollarına nisbətdə yenidən ucuzlaşması müşahidə edilir. Demək olar ki, hər gün müşahidə edilən bu dəyişiklik yenidən cəmiyyətdə ajiotaj yaradıb. Bir çoxları hesab edirlər ki, manatın ucuzlaşması yeni bir devalvasiyanı qaçılmaz edəcək. Ancaq bunun əksini söyləyənlər də var.

Cəlilabadda torpaq sürüşməsi baş verib

1 Noyabr 2016 13:56

Cəlilabad rayonunda torpaq sürüşməsi baş verib. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə hallar komissiyasının sədri Vidadi Dövlətovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, torpaq sürüşməsi ötən gün axşam saatlarında rayonun Albalan-Xəlilli avtomobil yolunda qeydə alınıb. Yolun ayrı-ayrı ərazilərində asfalt qatı dağılaraq dərəyə doğru aşıb. Yolun kənarlarında və orta hissələrində dərin çatlar əmələ gəlib. Sürüşmə nəticəsində bəzi yerlərdə yoldan keçid məsafəsi də daralıb. Mövcud vəziyyətə baxmayaraq yolda hələlik nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir maneə yaranmayıb.

Rusiya OPEC sammiti ərəfəsində yeni neft yatağını istismara verib

1 Noyabr 2016 13:54

Rusiya Prezidenti Vladimir Putin neft qiymətlərinin azalmasının qarşısını almaq üçün hasilatın azaldılmasına razılıq verməklə bərabər "LUKoil" şirkətinə məxsusXəzər dənizində yerləşən neft yatağının istismara başlanılmasına icazə verib. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, Xəzər dənizi şelfində yerləşən "V.Filanovski" neft yatağının istismara verilməsinə videokonfrans rejimində qatılan V.Putin "bu, Rusiya neft-qaz sənayesinin inkişafında ciddi və çox önəmli addımdır" deyib.

Türkiyə ordusunun baş qərargah rəisi Rusiyada səfərdədir

1 Noyabr 2016 13:53

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar Rusiyaya səfər edib. “Report” NTV-yə istinadən xəbər verir ki, o, rusiyalı həmkarı, ordu generalı Valeri Gerasimovla görüşəcək. 

"El Klasiko"nun saatı açıqlandı

1 Noyabr 2016 13:51

Bütün dünyanın maraqla gözlədiyi "Barselona" - "Real" matçının başlama vaxtı müəyyənləşib. Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, dekabrın 3-də XIV tur çərçivəsində "Kamp Nou" stadionunda baş tutacaq oyunun start fiti Bakı vaxtı ilə saat 19:15-də veriləcək.

"Facebook"un bu təklifi də rədd edildi

1 Noyabr 2016 13:50

Facebook hər keçən gün yeniliklər etsə də "Snapchat"ı əldə etmək arzusu reallaşmadığı üçün dərin narahatlıq keçirir.

Klintonun antireytinqi

1 Noyabr 2016 13:48

ABŞ-da keçiriləcək prezident seçkilərinə namizəd olan Hillari Klinton mənfi reytinq üzrə Donald Trampı keçib. Bu ABC televiziyasının və Washington Post qəzetinin keçirdiyi sorğudan sonra bəlli olub. Xəbərdə bildirilir ki, 60 faiz sorğuda iştirak edənlər Hillari Klintona mənfi yanaşır, 58 faiz isə Donald Trampa.

"Əli Kərimli partiyasında artıq heç kəsə inanmır"

1 Noyabr 2016 13:43

Son vaxtlar xarici maraqlı qüvvələrdən maddi və mənəvi dəstək alan dağıdıcı müxalifətin yarıtmaz ünsürləri xaricu turnerlərə çıxmağı intensivləşdiriblər. Daha doğrusu, "Mili Şura"nın və Müsavatın ələbaxan funksionerləri sanki bir-biri ilə yarışa giriblər kimi xaricə səfərlər edirlər. Gah Arif Haclı, gah da Cəmil Həsənli müxtəlif ölkələrə səfər edib, orada Azərbaycan əleyhinə şər və böhtan xarakteli fikirlər səslndirir, bəyanatlar verirlər.

Tütün istehsalı ilə bağlı lisenziya üçün əlavə şərtlər olmayacaq

1 Noyabr 2016 13:39

Azərbaycan Nazirlər Kabineti "Bəzi istehlak mallarının istehsalı və dövriyyəsi ilə əlaqədar dövlət tənzimlənməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 289 nömrəli fərmanının icrası barədə" qərarında dəyişikliklər edib.

MTRŞ əhalini dekoderləri alarkən diqqətli olmağa çağırıb

1 Noyabr 2016 13:38

"Azərbaycanda telekanalların rəqəmli yayıma keçidi ilə bağlı zəruri olan dekoderləri alarkən qurğunun HD formatını dəstəkləməsinə diqqət yetirilməlidir".

Qaraçuxurda avtomobil yolunun kənarında torpaq uçqunu olub

1 Noyabr 2016 13:36

Qaraçuxur qəsəbəsində avtomobil yolunun kənarında uçqun olub. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov məlumat verib.

Azərbaycanlı müəllimlər qalib oldular

1 Noyabr 2016 13:34

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin müəllimi İlham Nəzərov Vokalçıların Müslüm Maqomayev adına IV Beynəlxalq Müsabiqəsinin qalibi olub.

Qarabağ həqiqətlərini özündə əks etdirən videoçarx hazırlanacaq

1 Noyabr 2016 13:31

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi daha bir layihəyə imza atmaqdadır. ASGA-dan “OLAYLAR”-a bildirilib ki, belə layihələrdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan "Qarabağ dünən, Qarabağ bugün, Qarabağ sabah” layihəsidir.

BNA avtobuslarda növbəti monitorinq keçirib 

1 Noyabr 2016 13:27

Bakı Nəqliyyat Agentliyinin müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslər (daşıyıcılar) qarşısında qoyduğu tələblərin icrasına nəzarət və ictimai nəqliyyat sistemində mövcud vəziyyətlə yerində taniş olmaq məqsədi ilə montiorinqləri davam edir. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindın “OLAYLAR”-a bildirilib ki, növbəti belə monitorinq Qara Qarayev prospektində (8-ci kilometr bazarının yaxınlığındakı dayanacaq cibində) keçirilib.

88 saylı avtobus da kart sisteminə keçdi

1 Noyabr 2016 13:25

Bakı Nəqliyyat Agentliyinin ictimai nəqliyyatda vahid ödəmə kart sisteminə keçidlə bağlı daşıyıcılar qarşısında qoyduğu tələbin yerinə yetirilməsi istiqamətində işlər davam etdirilir.