Gündəm

Zakir Həsənov Türkiyə səfiri ilə görüşüb

1 Noyabr 2016 13:24

Noyabrın 1-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə,səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Yeznəsinə qoşulub qaçan qızı ailəsinə vermədilər — SƏBƏB

1 Noyabr 2016 13:22

"Uşağı mənə yox, qardaşıma təhvil veriblər. Yəqin düşünüblər ki, evdə ona qarşı təzyiq olar".

Binəqədidə yanan bina ilə bağlı məhkəmədə zərərçəkmiş ifadə verib

1 Noyabr 2016 13:18

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Regionlararası forum əməkdaşlığın yeni yollarını tapmaq üçün geniş imkanlar yaradır

1 Noyabr 2016 13:09

“Rusiya-Azərbaycan regionlararası forumu əməkdaşlığın yeni yollarını tapmaq üçün geniş imkanlar yaradır”.

Kıvançdan xanımına 2 milyon avroluq hədiyyə

1 Noyabr 2016 13:04

Kıvanç Tatlıtuğ toylarının bir illiyi üçün həyat yoldaşı Başak Dizerə hədiyyə alacaq. Milli.Az "Mynet magazin"ə istinadla bildirir ki, "Cesur ve güzəl" serialında çəkilən aktyor xanımına böyük sürpriz etmək fikrindədir. Tatlıtuğ Parisdən ev almaq fikrindədir. O, 2 milyon avro civarında ev axtarır. Olaylar.az

ŞOK AÇIQLAMA: "İlhamə Quliyeva mənə pul təklif etdi ki, həyat yoldaşımı öldürüm"

1 Noyabr 2016 13:02

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Olaylar.az APA-ya istinadən bildirir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən M. Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov ifadə verib.

WhatsApp-da YENİLİK: günün sonunadək...

1 Noyabr 2016 13:00

Uzun müddətdir WhatsApp üçün videozəng xüsusiyyəti gözlənilirdi. Olaylar.az bildirir ki, bir neçə gün əvvəl sizə technote.az-a istinadən bu xüsusiyyətin Beta versiyaya əlavə edildiyinin xəbərini vermişdik. 

Uşaq bağçasında ŞOK OLAY

1 Noyabr 2016 12:57

İki qadın oğlan uşaqlarını cinsi istismar etdi Danimarkada ötən həftə bağlanılan və miqrant uşaqların sığındığı Tullebölle Uşaq Bağçası ilə bağlı şok bir iddia ortaya atılıb. Olaylar.az publika.az-a istinadən xəbər verir ki, müəssisədə çalışan iki qadın oğlan uşaqlarını cinsi istismara məruz qoyub.

Kəndlərdə məktəb var, amma şagird yoxdur

1 Noyabr 2016 12:44

İsmayıllı rayonunun 40-a yaxın məktəbinin hər sinfində cəmi 4-5 şagird təhsil alır. Olaylar.az bildirir ki, bu barədə azvision.az-a İsmayıllı rayon Təhsil Şöbəsindən məlumat verilib. Bildirilib ki, İsmayıllı rayonunda kiçik kəndlər çox olduğundan, kəndlər arasında gediş-gəlişin çətinliyi nəzərə alınaraq belə məktəblər saxlanılıb. 

Millimizin rəqibi üçün yeni məşqçi

1 Noyabr 2016 12:40

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Almaniya yığmasının məşqçilər korpusunda dəyişiklik olub. Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, Bundestimin rəhbərliyində yeni sima peyda olub.

İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 70 nəfəri yardımlarla təmin edib

1 Noyabr 2016 12:38

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən cari ildə 70 nəfər şəxs ehtiyac duyduqları yardımlarla təmin olunub. Onlardan 50 nəfərini DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş insan alveri qurbanları, 20 nəfərini isə qeyri-hökümət təşkilatları tərəfindən yönləndirilmiş və ya fərdi olaraq müraciət etmiş, insan alverinin qurbanına çevrilmək təhlükəsi olan insanlar təşkil edib.

Azərbaycan Britaniyanın maliyyə nəzarəti təcrübəsini öyrənir

1 Noyabr 2016 12:35

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının (DŞ) sədri Rüfət Aslanlının rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyada işgüzar səfərdədir. Bu barədə "Report"a Palatadan bildirilib.

Azərbaycan bu il Strateji Yol Xəritəsini təsdiq edəcək

1 Noyabr 2016 12:32

"Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" adlı sənədin hazırlanması prosesi müvafiq İşçi Qrupunun rəhbərliyi altında artıq yekunlaşıb. Bu barədə "Report"a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib. 

Azərbaycanda üç gün ərzində qanunsuz ov edən 6 nəfər saxlanılıb

1 Noyabr 2016 12:30

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən respublika ərazisində qanunsuz ovun qarşısının alınması məqsədilə bir neçə reydlər keçirilib. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib.

Yağıntılı hava şəraiti davam edəcək

1 Noyabr 2016 12:27

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.