88 saylı avtobus da kart sisteminə keçdi

Bakı Nəqliyyat Agentliyinin ictimai nəqliyyatda vahid ödəmə kart sisteminə keçidlə bağlı daşıyıcılar qarşısında qoyduğu tələbin yerinə yetirilməsi istiqamətində işlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyinin ictimai nəqliyyatda vahid ödəmə kart sisteminə keçidlə bağlı daşıyıcılar qarşısında qoyduğu tələbin yerinə yetirilməsi istiqamətində işlər davam etdirilir. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən "OLAYLAR"-a bildirilib ki, Bakı şəhərində 15 marşrut xətti üzrə avtobuslarda ödəniş vahid kart sistemi ilə həyata keçirilir. 01.11.2016-cı il tarixindən daha bir marşrut xətti üzrə də vahid ödəmə kart sisteminə keçid təmin edilib. Belə ki, bundan sonra 88 saylı marşrut xəttindən istifadə edən sərnişinlər gediş haqqını Bakı Kart vasitəsi ilə ödəyəcək. Vahid ödəmə kart sisteminə keçidlə əlaqədar olaraq 88 saylı marşrut xətti üzrə 30 avtobusda validatorlar quraşdırılıb. Həmçinin şərnişinlərin Bakı Kartı rahat şəkildə əldə edə bilməsi, eləcə də kartda müəyyən məbləğ yükləməsini asanlaşdırmaq üçün 88 saylı marşrut xəttinin hərəkət trayektoriyası üzərindəki bütün dayanacaqlarda ödəmə terminalları qoyulub. İlk günlər sərnişinlərin təlimatlandırılması və yarana biləcək çətinliklərin aradan qaldırılması məqsədi ilə daşıyıcı şirkətin əməkdaşları dayanacaqlarda sərnişinlərlə iş aparacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31