BNA avtobuslarda növbəti monitorinq keçirib 

Bakı Nəqliyyat Agentliyinin müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslər (daşıyıcılar) qarşısında qoyduğu tələblərin icrasına nəzarət və ictimai nəqliyyat sistemində mövcud vəziyyətlə yerində taniş olmaq məqsədi ilə montiorinqləri davam edir. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindın “OLAYLAR”-a bildirilib ki, növbəti belə monitorinq Qara Qarayev prospektində (8-ci kilometr bazarının yaxınlığındakı dayanacaq cibində) keçirilib.

Bakı Nəqliyyat Agentliyinin müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslər (daşıyıcılar) qarşısında qoyduğu tələblərin icrasına nəzarət və ictimai nəqliyyat sistemində mövcud vəziyyətlə yerində taniş olmaq məqsədi ilə montiorinqləri davam edir. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindın "OLAYLAR"-a bildirilib ki, növbəti belə monitorinq Qara Qarayev prospektində (8-ci kilometr bazarının yaxınlığındakı dayanacaq cibində) keçirilib. Monitorinqdə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli, agentliyin müvafiq şöbələrinin məsul şəxsləri, eləcə də daşıyıcı şirkətlərin rəhbərləri iştirak edib. Monitorinq çərçivəsində 8-ci kilometr bazarının qarşısından keçərək Bakı kəndlərinə və qəsəbələrə hərəkət edən müxtəlif marşrut xəttləri üzrə 10-dan artıq avtobusa baxış keçrilib. Müntəzəm sərnişindaşımada istifadə edilən nəqliyyat vasitələrində avtobuslarda bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Çatışmazlıqlar əsasən avtobusların sanitar və gigiyenik vəziyyəti və texniki baxımdan nasaz olması ilə bağlıdır. Bakı Nəqliyyat Agentliyinin Baş direktoru Vüsal Kərimli avtobusların natəmiz, eyni zamanda texniki baxımdan nasaz idarə edilməsinin yol verilməz olduğunu diqqətə çatdırıb. Bir sıra avtobuslarda isə sükan arxasında oturan şəxsin sürücülük vəsiqəsi və digər zəruri sənədlər olmadan nəqliyyat vasitəsini idarə etməsi aşkar edilib. Montorinq zamanı aşkrarlanan bütün çatızmalıqlar ayrı ayrılıqda aktlaşdırılıb. Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli müəyyən edilən nöqsan və çatışmazlıqların qısa vaxtda aradan qaldırılması və sərnişindaşıma sahəsində xidmət səviyyəsinin artırılması ilə bağlı tapşırıq və tövsiyyələrini verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31