Azərbaycanlı müəllimlər qalib oldular

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin müəllimi İlham Nəzərov Vokalçıların Müslüm Maqomayev adına IV Beynəlxalq Müsabiqəsinin qalibi olub.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin müəllimi İlham Nəzərov Vokalçıların Müslüm Maqomayev adına IV Beynəlxalq Müsabiqəsinin qalibi olub.

"Olaylar"-ın məlumatına görə müsabiqədə laureat adi  uğrunda 12 ölkədən -Azərbaycan, Argentina, Gürcüstan, Misir, İsrail, İtaliya, Qazaxıstan, Çin, Monqolustan, Rusiya, Ukrayna və Xorvatiyadan olan 19 iştirakçı mübarizə aparıb.

Münsiflər heyətinin tərkibində SSRİ xalq artisti Tamara Sinyavskaya, Bakı Musiqi Akademiyasının rektoru, professor, SSRİ xalq artisti Fərhad Bədəlbəyli, Moskvadakı "Helikon-opera" Musiqili Teatrının bədii rəhbəri Dmitri Bertman, San-Karlo (İtaliya) Opera Teatrının bədii rəhbəri Vinçentso de Vivo və başqa məşhur musiqiçilər yer almışdı.

Müsabiqənin şərtlərinə görə, Qran-pri mükafatçısına 30, birinci yerin sahibinə 25, ikinci yerin qalibinə 15, üçüncü yerə layiq görülən iştirakçıya isə 10 min ABŞ dolları məbləğində mükafat ayrılmışdı.

Müsabiqədə birinci yerə Azərbaycan təmsilçisi İlham Nəzərov (kontrtenor), ikinci yerə də Azərbaycan təmsilçisi - beynəlxalq müsabiqələr laureatı Məhərrəm Hüseynli (bariton) layiq görülüb. Qran-pri mükafatı isə Rusiya nümayəndəsi Vasilisa Berjanskayaya təqdim edilib.

Ənənəyə görə beynəlxalq müsabiqənin finalı Rusiya paytaxtının ən iri konsert salonu olan "Crocus City Hall" da keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31