Qarabağ həqiqətlərini özündə əks etdirən videoçarx hazırlanacaq
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi daha bir layihəyə imza atmaqdadır. ASGA-dan “OLAYLAR”-a bildirilib ki, belə layihələrdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan "Qarabağ dünən, Qarabağ bugün, Qarabağ sabah” layihəsidir.
1 Noyabr 2016 13:31 SosialAzərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi daha bir layihəyə imza atmaqdadır. ASGA-dan "OLAYLAR"-a bildirilib ki, belə layihələrdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan "Qarabağ dünən, Qarabağ bugün, Qarabağ sabah" layihəsidir. Layihə çərçivəsində Qarabağ həqiqətlərini özündə ehtiva edən videoçarxın hazırlanması qarşıya hədəf kimi qoyulub. Layihə çərçivəsində həm Bakıda, həm ölkəmizin bir sıra regionlarında, həm də Slavyan ölkələrində videoçarxın təqdimatının keçirilməsi nəzərdə tutulub. Assosiasiyasının sədri Səbuhi Abbasov deyib ki, üç ay davam edəcək layihə çərçivəsində hazırlanan videoçarx olduqca maraqlı sujetə malikdir. Qarabağ tarixinin müqayisəli təhlilinə həsr olunacaq videoçarxda həm də bir çox tanınmış şəxslərdən müsahibələr alınacaq.