Sankt-Peterburqdan gələn nümayəndə heyəti STP ilə tanış olub
Bakıda keçiriləcək VII Azərbaycan – Rusiya Regionlararası forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Sankt-Peterburq şəhərindən gələn nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında (STP) olub. “OLAYLAR”-ın xəbərinə görə, STP-nin nümayəndəsi Əli Məmmədov qonaqlara Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkədə müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
1 Noyabr 2016 14:12 SosialBakıda keçiriləcək VII Azərbaycan - Rusiya Regionlararası forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Sankt-Peterburq şəhərindən gələn nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında (STP) olub. "OLAYLAR"-ın xəbərinə görə, STP-nin nümayəndəsi Əli Məmmədov qonaqlara Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkədə müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. STP-nin tərkibində fəaliyyət göstərən ilk müəssisələrdən biri - Kabel və Maşınqayırma Zavodları qonaqlarda xüsusi maraq oyadıb. Məlumat verilib ki, Kabel zavodu regionun ən böyük kabel istehsalçısıdır. Burada istehsal olunan məhsullar həm daxili, həm də xarici bazarda satışa çıxarılır. Ən qabaqcıl texnologiyaların quraşdırıldığı zavodda 25000 çeşiddə məhsul istehsal olunur. Müəssisədə həmçinin optik rabitə kabelləri də hazırlanır. Qonaqlar Maşınqayırma zavodunda istehsal olunan tikinti və sənayenin müxtəlif sahələrində istifadə olunan və təyinatına görə bir-birindən fərqlənən avtomobil qoşqu və yarımqoşquları, habelə yük avtomobillərinin şassiləri üzərinə quraşdırılan özüboşaldan və bortlu kuzovlar yaxından tanış olublar. Görüşdə gələcəkdə STP-nin məhsullarının Sankt Peterburq bazarına çıxarılması perspektivləri, əməkdaşlıq əlaqələri müzakirə olunub.