Azərbaycan dünyada sabitlik adasıdır
Azər Badamov: “Belə sabit və dinamik inkişaf edən ictimai- siyasi mühit bir çox ölkələr üçün cəlbedici olub” Son aylar Azərbaycana olan beynəlxalq maraq əhəmiyyətli dərəcədə artıb. Bunu ayrı-ayrı ölkələrin dövlət və hökumət rəsmilərinin ölkəmizə səfərlərindən də aydın görmək mümkündür. Bəs görəsən bu kimi səfərlərin Azərbaycan üçün perspektivləri nədən ibarətdir? Bu və ya digər suallarla bağlı millət vəkili Azər Badamova müraciət etdik. “OLAYLAR”-a verdiyi müsahibədə Azər Badamov deyib ki, Azərbaycan sabitlik adası olduğu üçün dünyanın əksər ölkələri üçün cəlbedici məkana çevrilib.
1 Noyabr 2016 14:16 MüsahibəAzər Badamov: "Belə sabit və dinamik inkişaf edən ictimai- siyasi mühit bir çox ölkələr üçün cəlbedici olub"
Son aylar Azərbaycana olan beynəlxalq maraq əhəmiyyətli dərəcədə artıb. Bunu ayrı-ayrı ölkələrin dövlət və hökumət rəsmilərinin ölkəmizə səfərlərindən də aydın görmək mümkündür. Bəs görəsən bu kimi səfərlərin Azərbaycan üçün perspektivləri nədən ibarətdir? Bu və ya digər suallarla bağlı millət vəkili Azər Badamova müraciət etdik. "OLAYLAR"-a verdiyi müsahibədə Azər Badamov deyib ki, Azərbaycan sabitlik adası olduğu üçün dünyanın əksər ölkələri üçün cəlbedici məkana çevrilib.
-Azər müəllim, son vaxtlar Azərbaycana olan səfərlərin sayı artıb. Venesuela prezidentinin ardınca Xorvatiyanın dövlət başçısı ölkəmizə səfər edərək müxtəlif sahələrdə əməkdaşlığa dair müzakirələr apardı. Bu Azərbaycana artan beynəlxalq marağın göstəricisi sayıla bilərmi?
-Azərbaycan dünyada sabitlik adasıdır. Belə sabit və dinamik inkişaf edən ictimai- siyasi mühit bir çox ölkələr üçün cəlbedici olmuşdur. Son zamanlar bir sıra dövlətrlərin rəhbərləri, rəsmiləri ölkəmizə səfərlər edir və bizdə olan yüksək dinamik inkişafın şahidi olurlar. Azərbaycanın cəlbedici ölkə olmağının kökündə həm də dövlət başçımızın apardığı uğurlu beynəlxalq dövlət siyasəti durur. Biz neft-qaz istehsal edən ölkəyik və özümüzü təmin etməklə yanaşı, Avropanın da enerji resursları ilə təhlükəsiz şəkildə təminatında mühüm rol oynayırıq. Eyni zamanda müasir texnologiyalara əsaslanan diversifikasiya olunmuş iqtisadi imkanlara malikik. Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması üçün çoxlu islahatlar aparılıb. Nəticə etibarilə Azərbaycan xarici investorlar üçün cəlbedici məkan olub. Biz artıq neftin ixracı ilə də kifayətlənmirik . İstəyirik ki, xarici iqtisadi əlaqələrimiz iqtisadiyyatın ayrı-ayrı sahələrində qarşılıqlı maraq dairəsində qurulsun və inkişaf etsin . Venesuelanın və Xorvatiyanın prezidentlərinin Azərbaycana səfəri zamanı da perspektivli, qarşılıqlı maraq doğuran iqtisadi layihələr müzakirə olundu. Ümumiyyətlə, xarici partnyorlarımız çoxaldıqca beynəlxalq arenada bizə yaxınlaşmaq və dost olmaq istəyən ölkələrin sayı da günü-gündən artır. Düşünürəm ki, inkişaf edən və siyasi sabitliyi yüksək səviyyədə təmin olunan Azərbaycan bundan sonra da dünyanın marağında olacaq və dostlarımızın sayı da günü -gündən artacaqdır.
-Bütün bu səfərlər Azərbaycana iqtisadi sahədə yeni imkanlar qazandırırmı?
-Təbii ki, hər bir səfərin arxasında planlaşdırılan və ölkələrimizin maraqlarına cavab verən bir sıra perspektivli layihələrin icrası dayanır. Məsələn , Xorvatiyanın prezdentinin ölkəmizə səfəri çərçivəsində biznes forumun keçirilməsi və orada bir sıra sahələr üzrə qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ölkələr arası iqtisadi əmakdaşlıq üçün böyük potensialın olmasının göstəricisidir. Belə biznes forumlar başqa ölklərin rəhbərlərinin ölkəmizə səfərləri zamanı da keçirilir. Azərbaycan çalışır ki, ölkədə istehsal olunan iqtisadi məhsullar dünya bazarlarına çıxsın , xaricdə də investisiyalar yerləşdirək və ölkəmizin qeyri-neft sektorunun inkişafını sürətləndirək . Bütün bu səfərlər də iqtisadi imakanlarımızın əhatə dairəsini genişləndirir və bizə yeni imkanlar qazandırır.
-Yeri gəlmişkən dünyada mövcud olan iqtisadi böhran fonunda Azərbaycan iqtisadiyyatının hazırkı durumunu necə dəyərləndirirsiniz?
-Dünya iqtisadi böhranı 2008-ci ildən özünü göstərməyə başlamış və bir sıra inkişaf etmiş ölkələrin iqtisadiyyatlarını iflic vəziyyətinə salmışdı. Avropada işsizliyin kəskin artmasını, iqtisadi imkanların azalmasını, dövlət borclarının çoxalmasını və hətta iqtisadi tənəzzülün siyasi müstəviyə də keçməsini müşahidə edirik. MDB -də təmsil olunan ölkələrdə iqtisadi artımların olmamasını, Ərəb ölkələrdə iqtisadi böhranın siyasi böhrana çevrilməsinin şahidiyik. Dünya üçün belə bir ağır vəziyyətdə Azərbaycanda dünyada mövcud iqtisadi böhranın təsirləri kifayət qədər minimum olmuşdur. Qeyd etmək istəyirəm ki, dünyada baş verən iqtisadi oyunların ölkəmizin iqtisadiyyattına da müəyyən qədər təsiri var. Amma , ölkə başçımızın vaxtında müəyyənləşdirdiyi düşünülmüş iqtisadi kurs bütün bu təhlükələrdən yan keçməmizə və minimum təsirlərlə dünya iqtisadi böhranından çıxmağımıza imkan yaratdı. Azərbaycan iqtisadiyyatı müxtəlif istiqamətlərdə inkişaf edir və başladığımız iqtisadi islahatlar başa çatandan sonra biz bunu əhəmiyyətli dərəcədə hiss edəcəyik.
-Cari ilin 9 ayının iqtisadi göstəriciləri qarşıdakı müddət üçün nə vəd edir?
-Cari ilin 9 ayının iqtisadi göstəriciləri müsbətdir. Dünyada baş verən iqtisadi prosesləri izləyəndə görürük ki, Azərbaycanın iqtisadi kursu düzgün istiqamətdədir. Yəni, iqtisadi inkişafımızın müsbət dinamikası qorunub saxlanılır. Ötən 9 ayda sənaye potensialımız 0,2 faiz artıb. Sənayemizin qeyri-neft sektorunda 3,6 faiz , kənd təsərrüfatnda isə 2,4 faiz artım qeydə alınıb. Cari ildə 121 min daimi iş yeri yaradılıb. Nəzərdə tutulan bütün iqtisadi layihələrin icrası davam etdirilir. Ölkəmiz üçün ənənəvi olan pambıqçılığın, baramaçılığın, tütünçülüyün, fındıqçılığın, badam və zeytunçuluğun müasir innovasiyalara əsalanmış üsullarla yenidən dirçəldilməsi həyata keçirilir. İlin sonuna qədər də inkişaf tempimizi qoruyub saxlayacağıq. Qeyri- neft sektorunda başladığımız sahələri inkişaf etdirməyimiz ölkəmizin iqtisadiyyatını dünya iqtisadiyyatında baş verə biləcək hər hansı mənfi təsirlərdən tam qoruyacaqdır. Bu mənada Ulu Önder demişdir: ,,İqtisadiyyatı güclü oln ölkə hər şeyə qadirdir". Düşünürəm ki, gələcək illərdə də iqtitisadiyyatımız daha da güclənəcək və bizi düşündürən bir çox məsələlər öz həllini tapacaqdır.
Süleyman İsmayılbəyli