Həmsədrlər nəticəsiz fəaliyyət göstərirlər
“Minsk qrupunun həmsədrləri regiona hər səfərlərinin nəticəsi olaraq bəyanat verirlər. Amma bu bəyanatlar əvvəlkilərin təkrarıdır. Onlar nəticəsiz fəaliyyət göstərirlər“. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə., bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov səsləndirib.
1 Noyabr 2016 14:09 Siyasət"Minsk qrupunun həmsədrləri regiona hər səfərlərinin nəticəsi olaraq bəyanat verirlər. Amma bu bəyanatlar əvvəlkilərin təkrarıdır. Onlar nəticəsiz fəaliyyət göstərirlər". "OLAYLAR"-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə., bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov səsləndirib. O, bildirib ki, Minsk qrupu yaranan gündən ermənilərin xeyrinə nə isə etməyə çalışır. Amma buna da nail ola bilmirlər: "Doğrudur, bəyanatlarında status-kvonun dəyişməsinin tərəfdarı olduqlarını, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirirlər. Amma sözlə əməl bir olmalıdır. Əgər BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələri, həmsədr dövlətlərin başçılarının bəyanatlarında əksini tapan məsələlər icra olunarsa onda vəziyyət tamamilə başqa cür olardı. Amma həmsədrlər bütün bunlar üçün heç bir əməli iş görməyiblər. Görünən odur ki, heç nə etmək istəmirlər. Bunların işi peşəsi turist səfərləri etməkdir. Düşünürəm ki, onların məqsədi münaqişənin həllinin vaxtını uzadıb Azərbaycanı güzəştə məcbur etmək istəyirlər. Buna da nail ola bilmirlər. Çünki Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətlə biz irəli gedirik. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan inkişaf edir, ordumuz güclənir".