Nərimanov rayonunda “Məktəb seminarları” keçirilib 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları” layihəsi çərçivəsində təşkil olunan növbəti təlim-seminar Nərimanov rayonundakı 207 nömrəli tam orta məktəbdə keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "Təhsili dəyərə çevirək" devizi altında reallaşdırılan "Məktəb seminarları" layihəsi çərçivəsində təşkil olunan növbəti təlim-seminar Nərimanov rayonundakı 207 nömrəli tam orta məktəbdə keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, paytaxtın ümumi təhsil məktəblərini əhatə edən "Məktəb seminarları" layihəsinin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması, habelə məktəblərin "öyrənən məktəb-öyrənən təşkilat" kimi inkişaf etdirilməsinə dair mövzularda seminarlar keçirmək və bu kimi digər vacib dəyərləri təbliğ etməkdən ibarətdir. BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva təlim-seminarda çıxış edərək layihənin keçirilmə məqsədləri və gözlənilən nəticələrdən danışıb. Şagird məmnunluğunun təmin edilməsinin zəruriliyinə diqqət çəkən BŞTİ-nin müdiri bu istiqamətdə vacib olan amillərdən söhbət açıb. Səmərəli məktəbin formalaşdırılması prosesində zəruri olan tədbirləri nəzərə çatdıran M.Vəliyeva direktorlar qarşısında "Keyfiyyətə nəzarət işinin təşkili və təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar və BŞTİ-nin mühüm istiqamətlər üzrə fəaliyyətinin təhlili" mövzusunda çıxış edib. Layihə çərçivəsində ümumi təhsil məktəblərinin direktorları, direktor müavinləri, fənn müəllimləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, valideyn icmaları və şagirdlər üçün əvvəlcədən müəyyən olunmuş mövzularda ayrı-ayrı sessiyalar təşkil edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31