Ermənilərin cəbhə bölgəsindəki təxribatları nəyə hesablanıb? 

Oktyabrın 26-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat xarakterli hücumlarını davam etdirirlər. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, erməni yaraqlıları mürəkkəb iqlim şəraitindən istifadə edərək cəbhənin cənub istiqamətində mövqelərimizə yaxınlaşmaqla təxribat törətməyə cəhd göstəriblər. Düşmən tərəfinin fəaliyyəti əvvəlcədən aşkar edilərək ona qarşı qabaqlayıcı atəş zərbələri vurulub.

Deputat: "Vəziyyətin gərginləşməsində hərbi elementlərlə yanaşı, siyasi elementlər də mövcuddur"

Oktyabrın 26-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat xarakterli hücumlarını davam etdirirlər. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, erməni yaraqlıları mürəkkəb iqlim şəraitindən istifadə edərək cəbhənin cənub istiqamətində mövqelərimizə yaxınlaşmaqla təxribat törətməyə cəhd göstəriblər. Düşmən tərəfinin fəaliyyəti əvvəlcədən aşkar edilərək ona qarşı qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib. Xatırladaq ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin təxribat xarakterli hərəkətlərə məhz ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfəri dönəmində əl atmasını təsadüfi hesab etmək olmaz. Millət vəkili, Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc qeyd edib ki, son günlərdə ermənilərin aktivləşməsində və bununla vəziyyətin gərginləşməsində hərbi elementlərlə yanaşı, siyasi elementlər də mövcuddur. Birincisi odur ki, aprel döyüşlərinin ermənilərdə yaşatdığı şok Ermənistanda bir müddət çəkdi. Serj Sərkisyan hökuməti istefaya göndərməklə bu vəziyyətdən çıxdı. Ermənistanın yeni baş naziri və müdafiə naziri apreldən öncəki vəziyyəti bərpa etmək üçün Azərbaycana dırnaqarası güc göstərməklə vəziyyəti dəyişmək istəyir. Lakin o da bəllidir ki, ermənilərin bu atəşlərinə və təxribatlarına qarşı Azərbaycanın cavabı çox kəskin olur. Məhz bunun nəticəsidir ki, son aylarda İrəvana gedən tabutların sayı artıb. İkinci amil isə ondan ibarətdir ki, ermənilər Dağlıq Qarabağ ərazisinə xeyli sayda silah yerləşdirib və bununla qabaqlayıcı tədbirlər görürlər: "Əsas məqam isə beş rayonun işğaldan azad olunması ətrafında gedən müzakirələrdir. İrəvan hesab edir ki, artıq Rusiya Ermənistanın üstündən əlini çəkib və müttəfiqləri olsa da, onları müdafiə etmir. Rusiya hətta, "Şimal-Cənub" dəhlizinin keçdiyi ərazilərin işğaldan azad olunması üçün İrəvana təzyiq edir. Buna görə də Ermənistan danışıqlar prosesini pozmaq və rayonları hansı vasitə ilə olur-olsun boşaltmamaq üçün ən müxtəlif təxribatlara əl atmaq istəyir. Necə ki, 90-cı illərin sonunda Ermənistan parlamenti gülləbaran edilməklə Ter-Petrosyan hökuməti istefaya göndərildisə, indi də hökuməti qurban verib status-kvonu qoruyub saxlamağa çalışırlar. Odur ki, bu gün erməni cəmiyyətində bir anti-Putin, anti-Rusiya hərəkatı güclənməkdədir. Çünki Rusiya da artıq yaxşı başa düşür ki,Qarabağdakı status-kvonu uzun müddət saxlamaq onların marağına xidmət etmir. Ermənilər onu da yaxşı anlayır ki, Rusiya-Azərbaycan yaxınlaşması Ermənistanın forpost rolunun itməsi ilə nətcələnəcək. Bu da İrəvanın maraqlarına cavab vermir. Yəni, Ermənistan Cənub flaqmanında ön cəbhə rolunu itirmiş olacaq. Belə olan şəraitdə ermənilər cəbhə xəttində aktivləşərək təxribatlara əl atırlar. Ancaq onu deyə bilərəm ki, beynəlxalq münasibətlərdə təşəbbüslərin çox zəiflədiyi bir dönəmdə proseslər təkrar aprel döyüşləri ssenarisinə qayıda bilər. Ona görə də cəbhədə təkrar hərbi toqquşma tam realdır". Onun sözlərinə görə, bu gün Ermənistanda iqtisadi islahatlar yolu ilə xalqı hökumətin ətrafında birləşdirmək mümkün deyil. Yeganə variant Qarabağ cəbhəsində qalır ki, o da bundan istifadə etməyə çalışır. Çünki son günlərdə dünyada yaşayan tanınmış ermənilər, hətta, Şarl Aznavur da ermənilərə müraciət edərək dövlətçilik üçün mühüm dövr olduğu barədə çağırış edib. Bu yolla İrəvan Qarabağ cəbhəsinə dönüş əldə edib, apreldən öncəki vəziyyəti bərpa etmək istəyir. Amma ermənilər onu da yaxşı analyır ki, Azərbaycan ordusu da yetərincə güclüdür. Nəinki ermənilərin hücumunun qarşısını almağa, hətta, vəziyyəti dəyişib döyüşləri Ermənistanın daxilində aparmağa qadirdirlər. Və erməni generalları bundan çox ehtiyat edirlər: "Məsələni bir az da genişləndirərək demək istərdim ki, Serj Sərkisyan bu mövqeni sərgiləməklə ərazi qaytarılmasına getməyəcəyini nümayiş etdirmək istəyir. Guya demək istəyir ki, onun hərbi qüvvələrə gücü çatmır. Qarabağdakı münaqişəni tənzimləmək üçün oradakı ordu ilə razılaşamaq lazımdır. Gedin Qarabağda əlində silah olan zabit və əsgərlərlə danışın, kimi mesajını verir. Bununla belə Azərbaycan ordusu da dördgünlük aprel müharibəsində münaqişənin ədalətli həlli yolunu ermənilərə başa saldı və bunu bir daha təkrar etməya hazırdır. Qarşısına qoyduğu hədəf nail olmağa qadirdir. Yetər ki, beynəlxalq güclər yenə ortaya düşüb prosesə mane olmasınlar". Millət vəkili onu da bildirib ki, bir çoxları Amerikada seçkilərin olduğunu, Yaxın Şərdəki, Ukraynadakı vəziyyəti nəzərə alaraq regionda növbəti toqquşmalara yol açıla biləcəyini qeyd edirlər: "Bu fikirlər də əsaslıdır və həqiqət payı böyükdür. Ruisya ABŞ-la Qafqazada öz münasibətlərini müəyyən mənada uzlaşdırsalar da, Yaxın Şərqdə və Ukraynada bunun şahidi olmuruq. Belə olan təqdirdə, Azərbaycanla Ermənistan arasındakı qarşıdurma daha geniş əməliyyatlara yol aça bilər. Yəni, münaqiə tərəfi iki dövlətdən ibarət olmaya bilər. Bu gün ən qorxulusu da Qarabağ münaqişənin beynəlmiləlləşməsidir. Bu münaqişəyə yeni qüvvlərin cəlb olunmasıdır ki, burada da heç bir uduş yoxdur. Açıqca demək lazımdır ki, belə bir söz var "öz müharibən". Əgər başqa güclər münaqişəyə cəlb olunacaqsa, o, bizim müharibə olmayacaq. Kənar dövlətlərin iradəsi ilə həyata keçirilən əməliyyat olacaq. Bəziləri hesab edir ki, guya indiki yaranmış situasiyada bu yolla Rusiyanı bölgədən uzaqlaşdırmaq mümkün olacaq. Lakin hesab edirəm ki, bunu fürsət kimi dəyərləndirmək olmaz. Ona görə də proseslərdə qarışıq elementlər bir-irini içərisindədir və ehtiyatlı olmaq lazımdır. Burada bir məqamı da vurğulamaq istəyirəm ki, Ermənistanın yeni müdafiə naziri özünü göstərərək demək istəyir ki, o, beynəlxalq münasibətlər sistemindən gəlsə də, hərbi sistemi idarə edə bilər. Əslində isə orduda onu qəbul etməyən yetərincə qüvvələr var. Onlar düşünürlər ki, Qarabağda can verib, qan tökərək general rütbəsi alıblar. Ancaq kənardan biri gəlib onları idarə edir. O baxımdan da, kiçik bir növbəti uğrusuzluq Ermənistanda silahlı qüvvələrdə siyasi böhrana yol açacaq. Buna heç şübhəniz olmasın".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31