Gündəm
Mosulun daha 5 kəndi İŞİD-dən azad edildi
Bu gün İraqın Mosul şəhərinin daha 5 kəndi İŞİD terror təşkilatından azad olunub. Olaylar.az Trend-ə istinadən bildirir ki, İŞİD döyüşçülərindən azad edilən yaşayış məntəqələri Mosulun qərbindəki Farfara, İmam Həmzə, Umm Sican və digərləridir.
Kəmaləddin Heydərov Qətər Dövlətində səfərdə olub
Fövqəladə hallar naziri, Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Qətər Dövlətinin Baş naziri, daxili işlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Taninin dəvəti ilə 31 oktyabr-1 noyabr 2016-cı il tarixlərində Qətər Dövlətində səfərdə olub. Bu barədə nazirlikdən verilələn məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Qətər Dövlətinin əmiri, əlahəzrət Şeyx Təmim bin Həməd Əl Taninin himayəsi altında Doha şəhərində 30 ölkədən 146 nümayəndə heyətinin iştirakı ilə keçirilən “Millipol Qətər-2016” daxili təhlükəsizlik sərgisi ilə tanış olmuşdur. Səfər zamanı, həmçinin, nazir Kəmaləddin Heydərov Qətər Dövlətinin Baş naziri, daxili işlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Tani ilə görüşmüşdür. Görüş zamanı Qətər Dövlətinin Baş naziri, daxili işlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Tani ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etmiş, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş potensialın mövcud olduğunu bildirmişdir.
Elmar Məmmədyarov Misirə səfər edəcək
Xarici işlər naziri Elmar Məmmədyarov 1 noyabr 2016-cı il tarixində Misir Ərəb Respublikasına rəsmi səfər edəcək. Bu barədə nazirlikdən verilən məlumata görə, səfər əsnasında nazir Elmar Məmmədyarovun Misirin rəsmi dövlət nümayəndələri ilə görüşləri nəzərdə tutulub.
Rövşən Lənkəranskinin qətlinin sifarişçiləri məlum oldu - Şok iddia
Rusiya hüquq-mühafizə orqanları aydınlaşdırıblar ki, Rövşən Lənkəranskini 2016-cı ilin yazında Moskvada güllələnmiş "göyərti kralı" Canpolad Şamiloğlunun qisasını almaq üçün öldürüblər.
Braziliya Azrbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının Sədri Rodriqo Mayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Sədr qonağı səmimi salamlayaraq bildirib ki, buz Latın Amerikası dövlətləri ilə daha sıx əlaqələrin qurulmasında Braziliyanın dəstəyində maraqlıyıq. BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərinə söykənmiş münasibətlərimizin inkişafı üçün yaxşı imkanlar vardır: “Biz siyasi dialoqun daha da dərinləşməsinin iqtisadi əlaqələrimizə müsbət təsir göstərəcəyinə inanırıq. Münasibətlərimizdə iqtisadi fəallığı artırmaq üçün Hökumətlərarası Komissiyanın yaradılmasına və biznes-forumların keçirilməsinə ehtiyac vardır.
Sahibkarların maarifləndirilməsi davam edir
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə İsmayıllıda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib. "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması", "Biznes planların və investisiya layihələrinin hazırlanması" mövzularını əhatə edən treninqdə biznesdə risklərin azaldılması, sığortanın əhəmiyyəti və bu sahədə mövcud qanunvericilik, biznes ideyanın yaradılması, biznes plan və onun tərtib edilməsi, biznesin planlaşdırılması və idarə edilməsinin təşkili, biznesdə insan resurslarının səmərəli idarə edilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Tədbirdə həmçinin, iştirakçılar İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırılıblar. Bununla yanaşı, tədbirdə Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları və s. barədə ətraflı məlumat verilib.
Avropanın həsəd apardığı bombardir
Avropanın milli çempionatlarının ən məhsuldar futbolçularının siyahısı açıqlanıb. Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, qitənin ən yaxşı bombardirlərinin orta hesabla hər qola neçə dəqiqə sərf etdiyi üzə çıxarılıb.
31 dekabrda əfv olacaq?
"31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günündə əfv sərəncamının veriləcəyi istisna edilmir. Hər il olduğu kimi bu ilin sonunda da cənab prezident tərəfindən əfv sərəncamının imzalanması gözlənilir".
Qeyri Hökumət Təşkilatının yeni layihəsi
Azərbaycan Milli QHT Forumu (MQF) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İctimai şuralar və ictimai nəzarətin təşviqi” adlı layihə icra edilib.
Gəncədə elmi konfrans keçirilib
“Olaylar” –ın məlumatına görə Mədəniyyət və Turizm Nazirliyinin C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının təşkilatçılığı və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə noyabrın 2 və 3-də Gəncə şəhərində “Gənclər-İnnovasiyalar-Kitabxanalar” Azərbaycan-Rusiya elmi-praktiki konfransı keçiriləcək.
Şəbnəmin hamilə şəklinə misligörünməmiş söyüşlər...
"Cındır camaatın nikahlı ərini ..." Kəbinlə evli olan müğənni Şəbnəm Əsədovaya təzyiqlər davam edir. BiG.AZ xəbər verir ki, sosial şəbəkədə hamilə fotosunu paylaşan müğənniyə söyüş, təhqir yazanlar çoxluq təşkil edir. Müğənni də söyüşə söyüşlə cavab verməyə çəkinmir. Sosial şəbəkədə yayılan fotoları təqdim edirik:
Bakıda VII Azərbaycan-Rusiya regionlararası forumu keçirilib
İki ölkə arasında bir sıra sənədlər imzalanıb Dünən Bakıda VII Azərbaycan-Rusiya regionlararası forumu keçirilib. Forumda hər iki ölkənin hökumət üzvləri, iş adamları və media təmsilçiləri iştirak edib. Forumda Azərbaycan və Rusiya prezidentlərinin iştirakçılara ünvanlanan müraciətləri oxunub. Azərbaycan Prezidentinin forum iştirakçılarına ünvanladığı üüraciəti Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov səsləndirib.
Serj Sarqisyan hakimiyyəti təhvil vermək istəmir
Ermənistan prezidenti Serj Sarqsyan 2018-ci ilin aprelinədək səlahiyyətlərini icra edəcək. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Prezident Aparatının rəhbəri Armen Gevorkyan noyabrın 1-də parlamentdə jurnalistlərə açıqlamasında bildirib.
Azərbaycanla Rusiya qeyri-neft sahəsində münasibətləri inkişaf etdirə bilərlər
"Azərbaycan və Rusiya qeyri-neft sektorunda münasibətlərin inkişafı perspektivlərinə malikdir".
Həmsədrlər hərbi toqquşma ehtimalını azaltmaq niyyəti güdürlər
Onların regiona bu dəfəki səfəri də nəticəsiz qaldı ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə növbəti səfəri başa çatdı. Yenə eyni açıqlamalar, eyni bəyənatlar. Suallar müxtəlifdir, cavablar isə tükənib. İyirmi ildən artıqdır ki, eyni vəziyyət davam etməkdədir. Minsk qrupunun həmsədrləri regiona hər səfərlərinin nəticəsi olaraq bəyanat verirlər. Amma bu bəyanatlar əvvəlkilərindən heç nə ilə fərqlənmir. Elə bu səbədən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həlli “ölü nöqtədən” tərpənmir. Mövcud vəziyyət isə Minsk qrupunun fəaliyyətsiz bir quruma çevrildiyini göstərir. Maraqlıdır, Dağlıq Qarabağ probleminin sülh yolla həlli məqsədilə yaradılan qurumun 20 ildən artıq müddət ərzində nəticəsiz fəaliyyət göstərməsi kimə və nəyə lazımdır?














