Braziliya Azrbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının Sədri Rodriqo Mayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Sədr qonağı səmimi salamlayaraq bildirib ki, buz Latın Amerikası dövlətləri ilə daha sıx əlaqələrin qurulmasında Braziliyanın dəstəyində maraqlıyıq. BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərinə söykənmiş münasibətlərimizin inkişafı üçün yaxşı imkanlar vardır: “Biz siyasi dialoqun daha da dərinləşməsinin iqtisadi əlaqələrimizə müsbət təsir göstərəcəyinə inanırıq. Münasibətlərimizdə iqtisadi fəallığı artırmaq üçün Hökumətlərarası Komissiyanın yaradılmasına və biznes-forumların keçirilməsinə ehtiyac vardır.

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının Sədri Rodriqo Mayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Sədr qonağı səmimi salamlayaraq bildirib ki, buz Latın Amerikası dövlətləri ilə daha sıx əlaqələrin qurulmasında Braziliyanın dəstəyində maraqlıyıq. BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərinə söykənmiş münasibətlərimizin inkişafı üçün yaxşı imkanlar vardır: "Biz siyasi dialoqun daha da dərinləşməsinin iqtisadi əlaqələrimizə müsbət təsir göstərəcəyinə inanırıq. Münasibətlərimizdə iqtisadi fəallığı artırmaq üçün Hökumətlərarası Komissiyanın yaradılmasına və biznes-forumların keçirilməsinə ehtiyac vardır. 2015-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 120 milyon ABŞ dollarına yaxın olmuşdur. Bu ilin təkcə 9 ayı ərzində isə bu göstərici 150 milyona çatmışdır. Buna baxmayaraq, biz iqtisadiyyatın ən müxtəlif sahələrində əməkdaşlığı genişləndirmək niyyətindəyik.Parlamentlər səviyyəsində əlaqələrimizin dərinləşməsində hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Zənnimizcə, deputatların qarşılıqlı səfərləri və görüşləri bu sahədə əməkdaşlığımızı yeni mərhələyə qaldırmaq üçün əhəmiyyətli vasitə ola bilər". 
Söhbətdə Dağlıq Qarabağ problemindən söz açan Sədr problemin dinamik inkişaf edən Azərbaycan ictimaiyyətini narahat edən bir nömrəli məsələ olduğunu vurğulayıb. Qeyd edilib ki, Rodriqo Maya hələ 2013-cü ildə Parlamentdə komitə sədri olduğu vaxt onun təşəbbüsü ilə qəbul olunmuş sənəddə erməni işğalını ifşa edən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəndlər öz əksini tapmışdır. Səmimi qəbul üçün minnətdarlığını bildirən Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının Sədri Rodriqo Maya qeyd edib ki, Braziliya Dağlıq Qarabağ probleminin həllində münaqişənin çözülməsi üçün BMT-nin qətnamələrində öz əksini tapmış müddəaların yerinə yetirilməsini önəmli hesab edir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31